• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Kaxa Kukava: “Azərbaycan sübut etdi ki, problemin “cərrahi yolla həlli” mümkündür - GÜRCÜSTANDAN MÜSAHİBƏ

Gündəm / Siyasət

26-08-2023, 15:35

Kaxa Kukava: “Azərbaycan sübut etdi ki, problemin “cərrahi yolla həlli” mümkündür - GÜRCÜSTANDAN MÜSAHİBƏ
Erməni ekspert, beynəlxalq münasibətlər üzrə mütəxəssis Qriqor Balasanyan BMT Təhlükəsizlik Şurasının Ermənistan üçün uğursuz bitən iclasından sonra deyib ki, “erməni çayları” Azərbaycana doğru axır, ermənilərin isə “müqəddəs olmaqdan əl çəkib, onları geri çevirmələrinin” vaxtı çatıb. Texniki olaraq bunun nə dərəcədə mümkün ola biləcəyi böyük sual doğurur, lakin bu, regionda ekoloji terror çağırışlarına bənzəyir.

Bununla belə, Azərbaycanın ombudsmanının son bəyanatında qeyd edildiyi kimi, 30 ildir Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini işğal altında saxlayan Ermənistan sülh və insanlığa qarşı cinayətlər, həmçinin, hərbi cinayətlər törətməklə yanaşı, regionun ekologiyasına ciddi ziyan vurub və bu əməlini hələ də davam etdirir.

Ermənistanın regionun ekologiyası üçün yaratdığı təhlükə barədə Oxu.Az-a “Azad Gürcüstan” partiyasının lideri, gürcü siyasətçi Kaxa Kukava şərh verib.

- Ermənistanın BMT-də diplomatik cəbhədə uğursuzluğa düçar olmasından sonra bu ölkədə Azərbaycanı sudan məhrum etmək üçün “erməni çayları”nı “geri döndərmək”lə bağlı çağırışlar səslənməyə başladı. Bu barədə, məsələn, erməni ekspert Qriqor Balasanyan bəyanat verdi...

- Təbii ki, mən bunun konkret bir insanın şəxsi fikri olduğuna əminəm. Hər yerdə qeyri-real, fantastik hərəkətlərə səsləyən “qaynar başlar” kifayət qədərdir. Lakin bu cür bəyanatlar qonşu dövlətlərdə çox pis qarşılanır. Erməni ekspertin sözləri son dərəcə qeyri-ciddidir. Baxmayaraq ki, bəziləri üçün bu sözlər vətənpərvər və ruhlandırıcı təsir bağışlayır, amma bu, Ermənistanın özünə qarşı yönəlir.

Analitiklər axı siyasətçi deyillər, onlar seçkilərdə səs qazanmaq üçün işləmirlər. Onlar ortaq məxrəc axtarmalı, Azərbaycan-Ermənistan münaqişəsinin sülh yolu ilə həlli variantları üzərində düşünməli və bu variantları təklif etməlidirlər. Ermənistan üçün isə bu, sadəcə olaraq, həyati məsələdir. Yeri gəlmişkən, Azərbaycan və Ermənistan arasında sülh sazişi iqtisadi baxımdan Gürcüstan üçün də önəmlidir.

Qeyd etmək istərdim ki, Ermənistanın indiki rəhbərliyi əvvəlkindən, xüsusən də eks-prezident Serj Sarqsyandan fərqli olaraq, konstruktiv yanaşmaya daha çox köklənib. Sarqsyanın dövründə İrəvanın mövqeyi necə idi - xatırlayın, ola bilərdimi ki, onun dövründə Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı ifadələr səslənsin? Amma Ermənistanın baş naziri Nikol Paşinyan bu ifadələri bir neçə dəfə dilinə gətirib. İndiki erməni müxalifəti isə dağıdıcı yöndə köklənib. Əminəm ki, adını çəkdiyiniz həmin Qriqor Balasanyan vəziyyətə radikal mövqedən baxır və vəziyyəti qeyri-adekvat qiymətləndirir.

Nikol Paşinyana gəldikdə, elektoratın hazırkı əhvali-ruhiyyəsini həmişə nəzərə almaq lazım deyil, üstəlik, seçicilərin emosiyaları tez-tez dəyişir. O, diqqətini uzunmüddətli perspektivə cəmləməli, hadisələrə daha geniş prizmadan baxmalıdır. Düşünürəm ki, Paşinyan bir çox cəhətdən bunu başa düşür, necə ki, Ermənistanda Azərbaycanla kompromislərə, sülhə qarşı çıxanların həmişə çox olacağını bilir. Amma Bakı ilə İrəvan arasında sülh sazişi, Cənubi Qafqaz regionunda sülh olmasa, Ermənistanın firavan yaşamaq şansı yoxdur.
Nikol Paşinyanın Prezident Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak üçün Türkiyəyə səfərinə baxın. Bu, tarixi hadisə idi, lakin eyni zamanda, erməni cəmiyyətinin bir hissəsi üçün gözlənilməyən bir qərar idi. Liderlər bəzən belə addımlar atmaq məcburiyyətindədirlər. Bütün ölkələrdə sağlam düşüncəli siyasətçilər başa düşməlidirlər ki, bütün Cənubi Qafqazın sivil dünyanın bir parçası kimi inkişafı üçün Azərbaycan-Ermənistan münasibətlərinin tam şəkildə tənzimlənməsi, ticarət və nəqliyyat kommunikasiyalarının və ya dəhlizlərinin açılması zəruridir.

- Amma bir çox beynəlxalq analitiklər Nikol Paşinyanı qərarsız insan hesab edirlər. O, bir addım irəli atır, sonra geri çəkilir, yaxud da sağa-sola gedir. Heç nəyi məntiqi nəticə əldə edilənə qədər davam etdirmir. Deyir ki, Qarabağ Azərbaycandır, amma kağız üzərində bu yoxdur. Ermənistanın Müstəqillik Bəyannaməsində hələ də Azərbaycana qarşı ərazi iddiası var. Düzdür, Paşinyan dəfələrlə deyib ki, bunu düzəltmək lazımdır, lakin yenə də bunlar hamısı, sadəcə, sözdə qalır. Başqa bir misal, İrəvan Qarabağın erməni əhalisinə Laçın yolu ilə humanitar yardım daşıyan yük maşınlarını göndərdi və hətta bunu Bakı ilə razılaşdırmağa belə, cəhd etmədi, həmçinin, Azərbaycanın lazımi malları çatdıra biləcəyi Ağdam-Xankəndi yolunu da görməzdən gəldi. Xarici dövlət hakimiyyət orqanlarına belə xəbər vermədən Azərbaycan ərazisinə necə nəyisə keçirməyə cəhd edə bilər?

- Nikol Paşinyan Ermənistanın baş naziri və lideridir. Amma mənə elə gəlir ki, o, bütün strukturlara tam nəzarət etmir. Və məhz hakimiyyətdə olan bu cür radikalların “oksigeni kəsilməlidir”. Ola bilsin ki, Azərbaycan hansısa yolla buna öz töhfəsini verəcək. Münaqişə 30 ildən çox davam etdi, amma bu məsələləri birdəfəlik həll etmək lazımdır.

Yeri gəlmişkən, mən həmişə gürcü auditoriyasına Azərbaycanın yeritdiyi “strateji səbir” siyasətini nümunə göstərirəm. Azərbaycan rəhbərliyi iyirmi ilə yaxın bir müddət ərzində ərazilərin azad edilməsi ilə bağlı əməliyyat hazırlayırdı. Məsələyə diplomatiya cəlb edildi, ordu yenidən silahlandırıldı, təlimlər keçildi və s. Azərbaycan çox uzun müddət qələbəyə doğru irəlilədi və onu qazandı.

Hazırda məsələnin tam şəkildə nizamlanması prosesi düzgün istiqamətdə gedir. Bəli, Ermənistanın reaksiyası ləngdir, amma bunun da izahı var. Keçid dövrü tez və asan olmur. Əsas odur ki, Azərbaycan bütün dünyada olmasa da, mütləq şəkildə postsovet məkanında presedent yaratdı. Axı 1990-cı illərdə dondurulmuş münaqişə öz həllini tapdı. Və əvvəllər çoxları bunun mümkün olmadığını iddia edirdilər. Azərbaycan sübut etdi ki, problemin “cərrahi yolla həlli”ni axtarmaq mümkündür və lazımdır.

Ermənistanın Azərbaycan hökuməti ilə razılaşdırmadan Qarabağa göndərdiyi yük maşınlarına gəldikdə isə başa düşmək lazımdır ki, Ermənistanda və təkcə orada da deyil, Bakı ilə İrəvan arasında sülh prosesini pozmaq istəyən çox sayda qüvvələr var. Təbii ki, buna Ermənistan tərəfi məsuliyyət daşıyır. Qarşılıqlı hörmət nizamlama prosesində ən vacib məqamdır. Qarşı tərəfə hörmətsizlik nümayiş etdirirsənsə, o zaman özünə qarşı da hörmət gözləmə. Bu, sülh prosesini pozmaq istəyənlər üçün yaxşı arqumentdir. Biz hamımız anlamalıyıq ki, bir çoxları, geniş mənada bizim regionu əhatə edənlər Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlı deyillər.

Oxunub: 0
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

18-12-2021, 16:51

Əliyev İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibə verdi

Gündəm / Sosial

17-07-2023, 13:28

Ombudsman Ermənistanın törətdiyi beynəlxalq ekoloji cinayətlərlə bağlı müraciət ünvanlayıb

Gündəm / Siyasət

8-11-2022, 18:28

İlham Əliyev xanımı və oğlu ilə birlikdə Şuşada - FOTOLAR (YENİLƏNİB)

Gündəm / Siyasət

27-06-2022, 11:21

İlham Əliyev Kəlbəcər və Laçında...

Gündəm / Sosial

30-06-2025, 14:51

Ermənistanın məsuliyyətsizliyi regionda yeni Çernobıl faciəsinə yol aça bilər - ŞƏRH

Şou Biznes
Xalq artisti Zaur Rzayev xəstəxanadan evə buraxılıb
Kənan Doğulu, Beren Saat və daha 20 nəfər narkotikə görə saxlanılıb
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
"Energetika Memarlığı" filmi təqdim olunub
"Sevgililərinə ev alırlar, amma sənətkarlara biganə qalırlar" - Xalq artisti
"Oskar" mükafatının qaliblərinin adları açıqlanıb
Araşdırma
12-03-2026, 12:12
İsrail Səhiyyə Nazirliyi İranın hücumlarından zərərçəkənlərin sayını açıqlayıb
2-03-2026, 16:57
Zelenski tərəfdaşların İran dronlarını vurmaq üçün Ukraynadan kömək istəmədiyini bildirib
21-06-2025, 14:23
Almaniya XİN İrandakı səfirliyini qonşu ölkəyə köçürüb
12-05-2025, 12:12
Baş prokuror Nizami rayonunda vətəndaşları qəbul edəcək
21-02-2024, 23:20
Aybəniz Haşımovanın qardaşı həbs edildi
10-01-2024, 14:27
Azərbaycanda iş adamı qəzada öldü
Hadisə
12-09-2026, 09:35
Bakıda avtomobil qadını vuraraq öldürüb
10-09-2026, 16:35
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
9-09-2026, 09:28
Zərdabda baş verən qəzada ölənlərin adları məlum olub - YENİLƏNİB
Son xəbərlər
  • Bugün, 12:19
    TBMM sədri Bakının işğaldan qurtuluşunun 108-ci ildönümü münasibətilə Azərbaycanı təbrik edib
  • Bugün, 11:57
    İqtisadiyyat nazirinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib
  • Bugün, 10:52
    Birol Akgün Şəhidlər xiyabanı və Türk şəhidliyini ziyarət edib
  • Bugün, 10:15
    XİN Bakının işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib
  • Bugün, 09:52
    Azərbaycan neftinin qiyməti 127 dolları ötüb
  • Bugün, 09:09
    Bakının erməni-bolşevik işğalından azad olunmasından 108 il ötür
  • Bugün, 08:51
    Azərbaycanda Bilik Günüdür
  • Dün, 14:50
    KİV: Rusiyanın 51-ci ordusunun komandanı Sergey Milçakov öldürülüb
  • Dün, 13:46
    Azərbaycanın AİB ilə əməkdaşlığı üzrə 5,6 mlrd. dollarlıq maliyyələşmə həyata keçirilib
  • Dün, 12:58
    İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"nın sertifikatı təqdim olunub
  • Dün, 12:33
    "Bilik günü" Azərbaycanda 34 dərəcə isti olacaq
  • Dün, 11:48
    MM cinayət işlərində hüquqi yardıma dair Avropa Konvensiyasına Əlavə Protokolu təsdiqləyəcək
  • Dün, 11:19
    İlham Əliyev "SABAH.city" innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib
  • Dün, 10:40
    Xalq artisti Zaur Rzayev xəstəxanadan evə buraxılıb
  • Dün, 09:51
    Allahşükür Paşazadə: Qarabağda bərpa-quruculuq işlərində TDT-yə üzv dövlətlər dəstəklərini əsirgəməyiblər
  • Dün, 09:22
    Premyer Liqa: V tura "Şəfa" - "Sabah" oyunu ilə yekun vurulur
  • 12-09-2026, 15:44
    İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb
  • 12-09-2026, 15:10
    Birinci sinfə elektron qəbul yenidən aktivləşir
  • 12-09-2026, 12:21
    Kim qızıl alır, kim satır? - SİYAHI
  • 12-09-2026, 11:38
    Erməni deputat: Rusiya qazın qiymətini artırarsa, Ermənistan hərbi bazanın icarə haqqını artıra bilər
  • 12-09-2026, 11:01
    Şəkidəki “Zipline” faciəsi ilə bağlı gözdən qaçan detal
  • 12-09-2026, 09:35
    Bakıda avtomobil qadını vuraraq öldürüb
  • 12-09-2026, 09:14
    Pezeşkian: ABŞ blokada və hücumları dayandırsa, Hörmüz boğazı açılacaq
  • 11-09-2026, 18:07
    Azərbaycanda regionlarında rəqabətin inkişaf səviyyəsi qiymətləndiriləcək
  • 11-09-2026, 17:56
    Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam
  • 11-09-2026, 17:37
    Yağış yağacaq, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
  • 11-09-2026, 17:04
    Baş prokuror Kamran Əliyev Qazaxıstana səfər edib
  • 11-09-2026, 16:21
    Dördüncü İqlim Həftəsi başa çatıb
  • 11-09-2026, 15:36
    Xarici diplomatlar Xankəndidə tikiş fabrikinin fəaliyyəti ilə tanış olublar
  • 11-09-2026, 14:57
    Aİ Ukrayna üçün HHM, dron və raketlərin alınmasına 6,1 milyard avronun ayrılmasını təsdiqləyib
  • 11-09-2026, 13:19
    Sabah 31 dərəcə isti olacaq - PROQNOZ
  • 11-09-2026, 12:51
    Emin Əmrullayev: Biz kimisə məktəb direktoru işləməyə məcbur etmirik
  • 11-09-2026, 12:01
    FT: İran Körfəz ölkələri ilə Hörmüzlə bağlı danışıqlar aparacaq
  • 11-09-2026, 11:12
    Ağdərədə atlı minaya düşüb, xəsarət alıb
  • 11-09-2026, 10:28
    Milli Məclis Quba-Xəzəryanı regionu üzrə kəşfiyyat, işlənmə və hasilat sazişini müzakirə edəcək
Daha çox
10-09-2026, 09:14
Tramp nüvə obyektindəki fəallığa görə İranı zərbə endirməklə hədələyib
12-09-2026, 11:01
Şəkidəki “Zipline” faciəsi ilə bağlı gözdən qaçan detal
9-09-2026, 12:02
Bakı Limanı: İlin sonunadək Xəzərdə dəniz dibinin dərinləşdirilməsi istiqamətində işlərə başlanılacaq
9-09-2026, 17:54
Sabah Zərdabda suyun verilişində məhdudiyyət olacaq
9-09-2026, 18:17
Daha bir tibb müəssisəsi kök hüceyrələrinin transplantasiyasını həyata keçirəcək
9-09-2026, 10:32
Mehriban Əliyeva Xalq artisti Aleksandr Şarovskinin vəfatı ilə bağlı paylaşım edib
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Müsahibə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
  • Təsisçi: Kənan Adıgözəlov
Müəllif hüquqları qorunur. TAQ.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2022 TAQ.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə