Energetika Nazirliyindən TAQ.az saytına verilən məlumata görə ötən il ərzində nazirlik tərəfindən ixrac nəzarətinə düşən malların idxalı, ixracı və tranziti üzrə 221 icazə verilib. Bu icazələrdən 209-u ixrac nəzarətinə düşən malların idxalı, 3-ü ixracı, 9-u isə tranziti ilə bağlı olub.
Qeyd edək ki, ötən dövr ərzində 203 icazənin verilməsi 5 saylı Bakı "ASAN xidmət" mərkəzi vasitəsilə həyata keçirilib.
Günel İsayeva