• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Başına yüz minlik rubl qoyulan və milliyyəti deyil, Vətəni seçən Milli Qəhrəmanımız

Gündəm / Sosial

12-01-2022, 17:28

Başına yüz minlik rubl qoyulan və milliyyəti deyil, Vətəni seçən Milli Qəhrəmanımız

Qəhrəmanlıq milliyətcə ölçülmür, Vətənə xidmətdə bilinir.

Azərbaycanın Milli Qəhrəmanlarından biri, cəsur, qorxmaz Vətən oğlu olub. Milliyətcə rus olsa da, əsl azərbaycanlı, əsl vətənpərvər idi, Yuriy Kovalyov.
Yuri Kovolyov 29 may 1965 - ci ildə Göyçay rayonunda anadan olub. Sadə, mədəni bir ailədə.
Yeddi yaşında ailəliklə Rusiyanın Krasnodar vilayətinə köçür, beş ildən sonra isə yenidən Bakıya qayıdır ailəsi ilə birlikdə. O, orta təhsillə yanaşı, idmana da böyük maraq göstərir.
O, 11 yaşında olarkən idman ustası və Azərbaycanın Əməkdar məşqçisi Ravil Cəlilovun rəhbərliyi ilə futbol məktəbinin ixtisaslaşdırılmış sinfində sevdiyi idman növünün sirlərinə yiyələnir. Hələ futbol məktəbində oxuyarkən bacarıqlı qapıçı kimi formalaşan Yuriy öz çevikliyi ilə yoldaşları arasında fərqlənməyi bacarır.
О, iki dəfə Bakı çempionu, Respublika və Ümumittifaq turnirlərində Bakının gənclərdən ibarət yığma komandasının qapıçısı olur.
1981 - ci ildə Bakının Nizami rayonundakı 229 nömrəli orta məktəbi bitirir. Bir ilə kimi Azərittifaqın reklam istehsalat kombinatında çalışır.1983-cü ildə Pribaltika hərbi dairəsinin sıralarına çağırılmış, hava desant qoşunlarında xidmət edir və 1985-ci ildə ordudan tərxis olunur.1987-ci ildə Bakı Qırmızı bayraqlı Qara Dəniz Hərbi Donanmasının 109 saylı Miçmanlar və Praporşiklər məktəbinə daxil olur Yuriy.
O, 1990-ci il sentyabr ayının 15-də Daxili İşlər Nazirliyinin Xüsusi təyinatlı Polis Dəstəsinə qəbul edilir, Azərbaycanın bir çox döyüş bölgələrində mərdliklə vuruşur. Kovalyov Goranboy rayonunun kəndlərinin azad edilməsində böyük şücaət göstərir. Düşmən tərəfindən " Əsədovun bandası " adlandırılan XTMD-nin əməkdaşları ilə düşmənin rahatlığını əlindən alır. Düşmən snayperləri onu dağlar, daşlar arasında da axtarırdı. Başına yüz min rubl qiymət qoyulur. General Məhəmməd Əsədovun və nazir müavini polkovnik Ramiz Məmmədovun Yuriy Kovalyova böyük rəğbəti var idi və Kovalyov onları tez-tez müşayiət edirdi.
1991-ci ilin aprel ayında döyüş zonalarında fərqlənmiş bir qrup OMON-çunu mükafatlandırmaq üçün Daxili İşlər nazirinin müavini Rəhim Quliyev və Nazirliyin şöbə rəisi Həmid Cəfərov XTMD-yə gəlir. Mərasimdə çıxış edən Həmid Cəfərov 1991-ci il aprel ayının 3-də Respublikanın xalq deputatlarından Aydın Məmmədovun, Tamerlan Qarayevin, Ramiz Fətəliyevin və bir sıra rəsmi şəxslərin və özünün helikopter qəzasına uğramalarından söhbət açaraq helikopterdəkilərin xilas olmasında Yuriy Kovalyovun yüksək peşə səriştələrinin nümayiş etdirilməsini xüsusilə qeyd edir. Söhbət zamanı Yuriy ünvanına deyilən təriflər qarşısında təvazökarcasına susdu və sonra qeyd etdi ki,
"mən də Azərbaycanlıyam, bu torpağın çörəyini yemişəmsə, suyunu içmişəmsə, ona da xidmət etməliyəm".
Onun rus olması xarici jurnalistləri təəccübləndirir. Yuriy Kovalyov Şuşanın Qaladərəsi kəndində Azərbaycan jurnalistlərini müşayiət edərkən gözlənilmədən ora Ermənistan helikopteri enmiş və helikopterdəki xarici müxbirlər onunla görüşmək istəyir. Xarici jurnalistlər Kovolyovu suala tutulur:
- Siz russunuzmu?
- Bəli, mən rusam, Azərbaycan isə vətənimdir!
1991-ci il sentyabrın 13-ü Yuriy Kovalyov Bakıdan çıxır, həlak olduğu gündən 2 gün əvvəl sonuncu dəfə evə zəng vurur, hal - əhval tutur
1991-ci il 3 oktyabrda digər OMON-çu dostları Sergey Barınin, Andrey Kudenin, Aleksandr Abramovla birlikdə Ağdam ərazisində Xocavənddən növbəti tapşırıqdan qayıdanda içində olduqları UAZ-ı ermənilər atəşə tuturlar. Yuriy Kovalyov həlak olur, Kudenin isə ağır yaralanır. Ermənilər UAZ-a yaxınlaşanda partlayış baş verir. Ölüm ayağında belə bir neçə düşməni məhv edir. O, Bakı şəhərində Şəhidlər xiyabanında dəfn edilir.
Yuriy Kovalyov Tamara xanım ilə ailə həyatı qurmuş və ömrünün sonuna qədər onunla evli idi. Regina və Yulia adlı qızları bu evlilikdən yadigar qalır.
Bakı şəhərindəki 229 nömrəli orta məktəb onun adını daşıyır. Hazırda onun 2 nəvəsi və qardaşının övladları o məktəbdə təhsil alırlar.
Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992 - ci il tarixli 831 saylı fərmanı ilə Yuriy Kovalyov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülür.
Yuriy Kovalyov xalqımızın qan yaddaşında daim yaşayacaqdır!
2021 - ci ilin oktyabr ayının əvvəllərində Bakı şəhərinin Nizami rayonunda, Yuriy Kovolyovun oxuduğu 229 nömrəli məktəbin həyətində Milli Qəhrəmana diqqət əlaməti olaraq onun büstü qoyulub.

Ruhun şad olsun Yuri! Sən bu Vətənin mərd, cəsur və qəhrəman oğullarından biri kimi həmişə yaddaşlarda qalacaq oğullardansan!
Vətən bölünməz,şəhidlər ölməz!


XXX
Adını daşıyan məktəbə sənin,
Yüzlərlə qız gəlir, oğlanlar gəlir.
Qeyrətli oğlusan gözəl vətənin,
Məktəbin önündə büstün yüksəlir.
XXX
Suvardın qanınla ana torpağı,
İgidlik körpüsü qurdun sən,Yuri .
Sevdin doğma yurdda gülü - yarpağı,
Yerin aramızda görünür, Yuri.
XXX
Sən ki ölməmisən, aramızdasan,
Vətənim fəxr ilə çəkir adını.
Ey igid, hər zaman sıramızdasan,
Tanıdı millətim doğma - yadını !

ABİL İSLAM
Şair - Jurnalist
Prezident təqaüdçüsü,
TAQ.az saytının Baş redaktoru
(Fotolar müəllifindir)

Başına yüz minlik rubl qoyulan və milliyyəti deyil, Vətəni seçən Milli Qəhrəmanımız
Başına yüz minlik rubl qoyulan və milliyyəti deyil, Vətəni seçən Milli Qəhrəmanımız
Başına yüz minlik rubl qoyulan və milliyyəti deyil, Vətəni seçən Milli Qəhrəmanımız
Başına yüz minlik rubl qoyulan və milliyyəti deyil, Vətəni seçən Milli Qəhrəmanımız

Oxunub: 0
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

26-05-2025, 10:34

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Gündəm / Siyasət

5-11-2022, 19:01

Prezident şəhid hərbçiləri təltif etdi - Siyahı

Gündəm / Siyasət

25-05-2024, 19:07

Prezident əfv sərəncamı imzaladı - SİYAHI

Gündəm / Siyasət

27-05-2022, 20:35

Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI

Gündəm / Siyasət

7-11-2025, 16:41

Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçusu təltif edilib

Şou Biznes
“Röya telefonu üzümə bağladı”
Xalq artisti Fərhad Bədəlbəyli balet artistlərinin pensiya yaşı ilə bağlı narazılığını bildirib
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Naxçıvan mədəniyyət nazirinə müavin təyin edilib
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
Xalq artisti Zaur Rzayev xəstəxanadan evə buraxılıb
Araşdırma
20-10-2026, 15:16
Azərbaycanda nəqliyyat sahəsinə aid yeni dövlət standartları qəbul edilib
12-03-2026, 12:12
İsrail Səhiyyə Nazirliyi İranın hücumlarından zərərçəkənlərin sayını açıqlayıb
2-03-2026, 16:57
Zelenski tərəfdaşların İran dronlarını vurmaq üçün Ukraynadan kömək istəmədiyini bildirib
21-06-2025, 14:23
Almaniya XİN İrandakı səfirliyini qonşu ölkəyə köçürüb
12-05-2025, 12:12
Baş prokuror Nizami rayonunda vətəndaşları qəbul edəcək
21-02-2024, 23:20
Aybəniz Haşımovanın qardaşı həbs edildi
Hadisə
Dün, 17:25
Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub
23-11-2026, 10:09
Sumqayıtda 24 yaşlı qız dəm qazından boğularaq ölüb
21-11-2026, 10:08
Sumqayıtda yol çöküb
Son xəbərlər
  • Dün, 18:26
    Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
  • Dün, 18:03
    Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib
  • Dün, 17:25
    Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub
  • Dün, 16:43
    Dənizdə batan 20 yaşlı Nəsrəddinin meyiti tapıldı
  • Dün, 16:10
    İslam Rzayevin əmlakı üzərinə həbs qoyuldu - Siyahı
  • Dün, 15:30
    Sudanın cənub-şərqində dron zərbələri nəticəsində 19 dinc sakin ölüb
  • Dün, 11:56
    Azərbaycan və Litva XİN başçıları arasında görüş başlayıb
  • Dün, 11:18
    İmişli və Saatlının bəzi kəndlərində qaz kəsilib
  • Dün, 10:47
    Bu gün Kəlbəcər Şəhəri Günüdür
  • Dün, 10:18
    Lənkəranın 7 kəndində işıq kəsiləcək
  • Dün, 09:50
    Azərbaycan neftinin qiyməti 96 dolları keçib
  • Dün, 09:27
    Azərbaycanda genişzolaqlı internetin orta sürəti 10 %-dən çox artıb
  • Dün, 08:57
    Tramp: İranın raket zərbələri endirmək imkanları məhduddur
  • 24-11-2026, 18:24
    Qətərin davam edən vasitəçilik missiyası – Tehranın qəbul etmədiyi çıxış yolu
  • 24-11-2026, 17:50
    Ceyhun Bayramovla Maka Boçorişvili arasında təkbətək görüş başlayıb
  • 24-11-2026, 17:25
    İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib
  • 24-11-2026, 16:57
    Sabahdan havanın temperaturu 5 dərəcə enəcək - Xəbərdarlıq
  • 24-11-2026, 16:37
    Şura: Media subyektləri və jurnalistlər informasiya yayarkən şəxsi həyatın toxunulmazlığına həssaslıqla yanaşmalıdırlar
  • 24-11-2026, 15:45
    2027-ci il üzrə əmək miqrasiyası kvotasına dair təkliflər hazırlanıb
  • 24-11-2026, 15:19
    Bakıda Azərbaycan və Monteneqro Baş nazirlərinin görüşü olub
  • 24-11-2026, 14:35
    Sabah Bakı metrosunun Qırmızı xəttində iş saatı uzadılacaq
  • 24-11-2026, 12:45
    Yağış yağacaq, külək əsəcək - SABAHIN HAVASI
  • 24-11-2026, 12:19
    Azərbaycan mülki işlər üzrə xaricdə sübutların toplanması haqqında Konvensiyaya qoşulacaq
  • 24-11-2026, 11:34
    Azərbaycan və Gürcüstanın polis akademiyaları arasında memorandum imzalanıb
  • 24-11-2026, 11:09
    Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb, 10 məsələ müzakirə ediləcək
  • 24-11-2026, 09:31
    Goranboyda torpaq sürüşməsi magistral su xəttinə ziyan vurub
  • 24-11-2026, 09:12
    Rusiyanın Altay diyarında baş verən partlayışda 14 nəfər xəsarət alıb
  • 23-11-2026, 17:47
    Bakıda və rayonlarda sabah külək güclənəcək
  • 23-11-2026, 17:19
    Prezident İlham Əliyev Trampa təşəkkür edib
  • 23-11-2026, 16:41
    İstanbulda tramvayla avtobus toqquşub
  • 23-11-2026, 16:09
    Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
  • 23-11-2026, 15:45
    Malayziyalı nazir hava limanında yıxılaraq başından xəsarət alıb
  • 23-11-2026, 12:53
    Sabah Azərbaycanda 20 dərəcə isti olacaq
  • 23-11-2026, 12:40
    İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul edib
  • 23-11-2026, 12:17
    Nazir: Azərbaycan İtaliyada uzunmüddətli investor kimi mövqeyini möhkəmləndirib
Daha çox
19-11-2026, 11:53
Sabah respublika üzrə pensiyalar tam ödəniləcək
20-11-2026, 09:38
Prezident İlham Əliyev Hanoyda Ho Şi Minin məqbərəsini ziyarət edib
19-11-2026, 14:51
Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib
20-11-2026, 11:19
Ağdamın işğaldan azad olunmasından 6 il ötür
20-11-2026, 12:37
Vyetnamın Azərbaycanda səfirliyi açılacaq
19-11-2026, 14:32
Tbilisidə yaşayış binasında partlayış, 7 nəfər itkin düşdü
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Müsahibə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
  • Təsisçi: Kənan Adıgözəlov
Müəllif hüquqları qorunur. TAQ.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2022 TAQ.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə