Zaqatala rayonunun Kebeloba kəndində meşəlik ərazidə 1946-cı il təvəllüdlü Mustafayev Xəlil Mustafa oğlu itkin düşüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri şəxsin axtarışlarına cəlb olunub. Əməliyyata Xidmətin xüsusi təlim görmüş itləri də cəlb edilib.
Hazırda vətəndaşın itkin düşdüyü ehtimal edilən istiqamətlər üzrə axtarışlar davam etdirilir.