TAQ. az saytı xəbər verir ki, Türkiyə Azərbaycan Qardaşlıq İctimai Birliyində dörd yeni sədr, üç müavin təyinatı olub.
İctimai Birliyin rəhbərliyi tərəfindən Nəcibə İlkin birliyin Yasamal rayon üzrə , Mənəfova Reyhan Şəki rayon üzrə, Səadət Dibirova Zaqatala rayon və Əli Bədəlov isə Ağcabədi rayon üzrə sədr vəzifəsinə təyin olunub.
Həmçinin Ayətxan İsgəndərov İctimai Birliyin Səbail Rayon təşkilatının Ağsaqqallar şurası üzrə, İmran Quliyev Abşeron rayon üzrə təşkilatının ictimaiətlə əlaqələr üzrə və Hüseyn Hüseynov Suraxanı rayon təşkilatının Veteranlar Şurası üzrə müavin təyin edilib.
Qeyd edək ki, Türkiyə Azərbaycan Qardaşlıq İctimai Birliyinin həftəlik iclası həftənin bazar ertəsi saat 21:00-da keçirilir. İclasda İctimai Birliyin həftəlik planlaşdırdığı və icra etdiyi işlər müzakirə olunur, çatışmazlıqlar diqqətə çatdırılır.
Günel İsayeva