ABŞ Prezidenti Donald Tramp ötən həftə Pakistan quru qoşunlarının baş komandanı Asim Munirlə onun bugünkü Tehran səfəri ərəfəsində telefon danışığı aparıb.
Bu barədə üç Pakistan mənbəsi məlumat verib.
Onlardan birinin sözlərinə görə, ABŞ-nin əsas xahişi İranın danışıqlar masasına qayıtmasına kömək etmək olub. Digər iki mənbə bildirib ki, danışıq Trampın təşəbbüsü ilə baş tutub.
Mənbələr bildirib ki, Munir İranın ali rəhbəri Müctəba Xameneiyə yaxın şəxslərlə görüşəcək.