• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

ŞAİR DÜŞÜNCƏLƏRİ ABİL İSLAM - YENİ ŞEİRLƏR

Gündəm / Sosial

24-02-2022, 19:00

ŞAİR DÜŞÜNCƏLƏRİ  ABİL İSLAM - YENİ ŞEİRLƏR



ÇOX SEVDİYİM...
Çox sevdiyim birisi var,
Onda qürur, onda vüqar.
Qlsqanmıram,..
Onun çoxlu sevəni var.
Mavi gözlüm, al yanaqlım, yaşıl donlum.
XXX
Həzin - həzin rəqs edir o,
Zirvələrə yol gedir o.
Ümid verir, bədhaxlarım
Yol kəsəndə,
Mavi gözlüm, al yanaqlım, yaşıl donlum.
XXX
Sevənləri çoxdur onun,
Qısqanmıram.
Fərəhimdi, sevincimdi,
Həm altunum, həm incimdi,
Mavi gözlüm, al yanaqlım, yaşıl donlum.
XXX
Kor edirsən düşmən gözün ,
Bəzəyirsən şair sözün.
Abil İslam sevir səni,
Qəlbi çoşur, dəniz kimi.
O heç kəsi sevməyəcək,
Sənin qədər, sənin kimi.
Mavi gözlüm, al yanaqlım, yaşıl donlum.
Ay - ulduzlu bayrağım !

Q A Y I D I Ş I M I Z
Nə qədər həsrətli köçdü dünyadan ,
Torpaq deyə - deyə, yurd deyə - deyə.
Torpaq səs göndərdi, uçan durnadan,
Toy - bayram olacaq, qayıdışımız.
XXX
Sanmayın o yerlər bağça - bağlıdır,
Düşmən taptağından qəlbi dağlıdır.
Tələsmə el oğlu, yollar bağlıdır,
Toy - bayram olacaq, qayıdışımız.
XXX
Yenə açılacaq lalə, qızıl gül,
Mehə naz edəcək, həm xarı bülbül.
Gül nazın yenə də çəkəcək bülbül,
Toy - bayram olacaq, qayıdışımız.
XXX
Gözləri güləcək, buz bulaqların,
Cığırı ağarar, dağ - yaylaqların.
Dost payı olacaq balın - qaymağıın,
Toy - bayram olacaq, qayıdışımız.
XXX
Təbiət dağlara qar ələyəcək,
Hamı subaylara toy diləyəcək.
Bizləri gözləyir xoşbəxt gələcək,
Toy - bayram olacaq, qayıdışımız.
XXX
Bir vaxt gəncliyimi qoyub getmişəm,
30 illik ömrə, çox zülm etmişəm.
İndi arzulara, kama yetmişəm,
Toy - bayram olacaq, qayıdışımız.
XXX
Yenə bulaq üstə kəsilər quzu,
Kəklikotu ilə, səpilər duzu.
Qaranquş həsrətlə gözləyər yazı,
Toy - bayram olacaq, qayıdışımız.
XXX
Yenə göz oxşayar, bağların barı,
Əlvan çiçəkləri öpəcək arı.
Abil qonaq gələr, gəzər dağları,
Toy - bayram olacaq, qayıdışımız !

YAXŞI HƏKİMLƏR

Can etdik əmanət, etməz xəyanət,
Ümiddir, inamdır yaxşı həkimlər.
Onlara hər yerdə var rəğbət - hörmət,
Ümid çırağıdır yaxşı həkimlər.
XXX
Xəstəsi olanda qaçar yuxusu,
Geydiyi ağ xalat, həyat qoxusu.
Xəstəyə bağlıdır ömrün çoxusu,
Ümid çırağıdır, yaxşı həkimlər.
XXX
Həbə şəkər qatar, şirin sözüylə,
Xəstəyə ruh verər, gülən gözüylə.
O sevinc gətirər daim özüylə,
Ümid çırağıdır, yaxşı həkimlər.
XXX
Dost olur şəfasın tapan hər insan,
Həkim, xəstə cana, verir yeni can.
Sizlərə əmanət, bu Azərbaycan,
Ümid çırağıdır, yaxşı həkimlər.
XXX
Donan damarlarda coşdurar qanı,
Ölümün əlindən qurtarar canı.
Şəfa bulağıdır, onun hər anı,
Ümid çırağıdır yaxşı həkimlər !
29.07.2021

SON ZƏNG

Yaman tez yetişdi ayrılıq dəmi,
Elə bil sahildən ayrılır gəmi.
Seyrinə toplayır bütün aləmi
Son zəngin sədası, son zəngin səsi.
XXX
Saat əqrəbləri ürək əsdirir,
Qovaraq zamanı hey tələsdirir.
On bir illik yolu bizə kəsdirir,
Son zəngin sədası, son zəngin səsi.
XXX
Göz yaşı parlayır yanağımızda,
Sözümüz üşüyür dodağımızda.
Xatirə yaradır varağımızda,
Son zəngin sədası, son zəngin səsi.
XXX
Abil də yaşayıb həmin anları,
Gördükcə kövrəlir bu fidanları.
Xəyalda yaşadır o zamanları,
Son zəngin sədası, son zəngin səsi.

SALAM
Salam Allahın adı,
Salamla dostu, yadı.
Salam ruhun qanadı,
Salam, insan övladı !
XXX
Salamla qışı, yazı,
Yaşat bu xoş avazı.
Salam çoxaldar azı,
Salam, insan övladı !
XXX
Seçmə böyük, uşağı,
Sanma səndən aşağı.
Ol mərifət qoçağı,
Salam, insan ovladı !
XXX
Allah edir imtahan,
Azma yolu, ay insan.
Ömür - gün olar zindan,
Salam, insan övladı.
XXX
Adamlıq boya baxmaz,
Çay dönüb, tərsə axmaz.
Lovğalıq taxta çıxmaz,
Salam, insan övladı !
XXX
Keçmişi ucuz tutma,
Halala haram qatma.
Haqqı nahaqqa satma,
Salam, insan övladı !
XXX
Xərclədin cavanlığı,
Unutdun şoranlığı.
Şoranda çobanlığı,
Salam, insan övladı!
XXX
Abildən xatırlatm…

ALMADIN...

Yaz, yay, payız, qışı olur illərin,
Yaddaşında iz buraxır ellərin.
Açılırsa, solmağı var güllərin,
Kaş insanın ömrü nakam solmasın.
XXX
Ağaclar da yarpaq açar, çiçəklər,
Ətir saçıb, bihuş edər ləçəklər.
Bəzən göydən yerə enər mələklər,
İnsanlar da din - imansız olmasın.
XXX
Allah bizi yaradıbdı pak - təmiz,
Yalan vəddən cana doyub ölkəmiz.
Uca dağlar, var yurdumda göy dəniz,
Bu varlıqlar yaman əldə qalmasın !
XXX
Qanun olub imkanlıya məsləhət,
Düz yaşamaq, kasıba olub qismət.
Kasıb xalqdan əskik olmasın hörmət,
Mərdin işin Allah bərkə salmasın.
XXX
Abil İslam, namərdə baş əymədin,
Sən heç kəsin qəlbinə də dəymədin.
Nakişini, yalançını söymədin,
İnsan deyib, vecinə də almadın !

Oxunub: 0
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

5-11-2022, 19:01

Prezident şəhid hərbçiləri təltif etdi - Siyahı

Gündəm / Siyasət

7-11-2025, 16:41

Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçusu təltif edilib

Gündəm / Siyasət

5-11-2021, 18:10

İlham Əliyev bu hərbi qulluqçuları təltif etdi - SƏRƏNCAM

Gündəm / Siyasət

26-05-2025, 10:34

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Gündəm / Siyasət

21-06-2025, 15:38

Bir qrup dövlət qulluqçusu təltif edilib - SƏRƏNCAM

Şou Biznes
Naxçıvan mədəniyyət nazirinə müavin təyin edilib
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
Xalq artisti Zaur Rzayev xəstəxanadan evə buraxılıb
Kənan Doğulu, Beren Saat və daha 20 nəfər narkotikə görə saxlanılıb
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
"Energetika Memarlığı" filmi təqdim olunub
Araşdırma
12-03-2026, 12:12
İsrail Səhiyyə Nazirliyi İranın hücumlarından zərərçəkənlərin sayını açıqlayıb
2-03-2026, 16:57
Zelenski tərəfdaşların İran dronlarını vurmaq üçün Ukraynadan kömək istəmədiyini bildirib
21-06-2025, 14:23
Almaniya XİN İrandakı səfirliyini qonşu ölkəyə köçürüb
12-05-2025, 12:12
Baş prokuror Nizami rayonunda vətəndaşları qəbul edəcək
21-02-2024, 23:20
Aybəniz Haşımovanın qardaşı həbs edildi
10-01-2024, 14:27
Azərbaycanda iş adamı qəzada öldü
Hadisə
8-10-2026, 16:56
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
7-10-2026, 15:39
Qubada iki avtomobil toqquşub, ölən var
7-10-2026, 10:04
Bakıda maşın ağaca çırpılıb, sürücü xəsarət alıb - VİDEO
Son xəbərlər
  • Bugün, 14:29
    Şahbaz Şərif İlham Əliyevə zəng edib
  • Bugün, 13:20
    Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
  • Bugün, 12:44
    Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb
  • Bugün, 12:10
    ABŞ-nin Corciya ştatında atışma nəticəsində 5 nəfər ölüb
  • Bugün, 11:18
    Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
  • Bugün, 10:42
    Bu gündən Azərbaycanda ov mövsümü açılıb
  • Bugün, 09:57
    Masazırda 4 avtomobil yanıb
  • Dün, 17:41
    Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib
  • Dün, 17:18
    Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb
  • Dün, 16:45
    Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək
  • Dün, 15:35
    Sərdar Berdiməhəmmədov: Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması Türkmənistan üçün prioritetdir
  • Dün, 14:58
    Milli Məclisin növbəti plenar iclasında 13 məsələ müzakirə ediləcək
  • Dün, 13:04
    Azərbaycanda şənbə günü yağış yağacaq, şimşək çaxacaq
  • Dün, 12:45
    MDB-də Azərbaycan dövrü - Bakı bölgənin prioritetlərini müəyyənləşdirir
  • Dün, 11:54
    Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb
  • Dün, 11:02
    Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır
  • Dün, 10:23
    Bakının Günəşli qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq
  • Dün, 09:48
    Azərbaycan neftinin qiyməti 133 dolları keçib
  • Dün, 09:03
    Bu gün Bakının bir sıra ərazilərində işıq olmayacaq
  • 8-10-2026, 18:26
    Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ
  • 8-10-2026, 17:56
    İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib
  • 8-10-2026, 16:56
    Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
  • 8-10-2026, 16:27
    Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib
  • 8-10-2026, 16:07
    Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib
  • 8-10-2026, 15:22
    C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır
  • 8-10-2026, 14:47
    Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb
  • 8-10-2026, 13:09
    Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək
  • 8-10-2026, 12:42
    Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər
  • 8-10-2026, 12:10
    Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb
  • 8-10-2026, 11:45
    Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir
  • 8-10-2026, 11:23
    Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir
  • 8-10-2026, 10:49
    İlham Əliyev "Avaza" Kompleksinə gəlib
  • 8-10-2026, 09:42
    İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib
  • 8-10-2026, 09:22
    Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq
  • 7-10-2026, 18:22
    Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib
Daha çox
6-10-2026, 16:29
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb
5-10-2026, 11:00
Ermənistanda sərxoş sürücü polislərə atəş açıb
5-10-2026, 13:16
Sabah Bakıya və rayonlara yağış yağacaq
5-10-2026, 16:06
Toyda kütləvi dava düşdü: Bir nəfər ölüm ayağındadır
5-10-2026, 18:08
Rubio ABŞ-ın Kiyevdəki səfirliyinin fəaliyyətinin dayandırılmasını istisna etməyib
6-10-2026, 09:11
Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb, altı nəfər yaralanıb
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Müsahibə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
  • Təsisçi: Kənan Adıgözəlov
Müəllif hüquqları qorunur. TAQ.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2022 TAQ.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə