• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Lavrovun təklif etdiyi xəritələr Bakını qane edəcəkmı? - GƏLİŞMƏ

Gündəm / Dünya

11-06-2022, 11:13

Lavrovun təklif etdiyi xəritələr Bakını qane edəcəkmı? - GƏLİŞMƏ


“Rusiya sərhədlərin delimitasiyası prosesində istifadə üçün Ermənistan və Azərbaycana kartoqrafik material (xəritələr - red.) verməyə hazırdır”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov srağagün İrəvanda keçirdiyi mətbuat konfransında deyib.

Söhbət hansı xəritələrdən gedir? Bu xəritələr yetərli olacaqmı, Bakını qane edəcəkmi?

Xatırladaq ki, Azərbaycan tərəfi bildirib ki, 1918-ci ilin legitim xəritələridən də istifadə olunacaq. Onu da qeyd edək ki, hələ ötən ilin sonlarında Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko da bəyan etmişdi ki, Rusiya bu işə öz köməyini təklif edib, Sovet dövrü xəritələri ancaq Rusiya Müdafiə Nazirliyində saxlanır. Onlar yoxlanıb, dəqiqdir və Azərbaycanla Ermənistan arasında dəqiq sərhədləri müəyyən edir. Danışıqları ancaq bu xəritələr əsasında inamla aparmaq olar. DİA.AZ-ın məlumatına görə, politoloq Xəyal Bəşirov “Yeni Müsavat”a bildirdi ki, artıq sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı proses davam edir: “Rusiya tərəfi xəritələrlə bağlı ötən ildən başlayaraq mövqeyini ortaya qoyub xəritə məsələsində köməyini təklif edib. Rusiya Prezidenti Vladimir Putin də xəritələrlə bağlı bildirmişdi ki, sərhədlərin müəyyənləşməsi üçün xəritələr Rusiyanın baş qərargahında mövcuddur. Azərbaycan və Ermənistan SSRİ-nin tərkibində uzun illər olduğu üçün sözügedən xəritələrin də Rusiya arxivlərində, baş qərargahında saxlanması təbiidir.

Ermənistan xəritələr məsələsində də mümkün olduğu qədər manipulyasiya etməyə çalışır. Bu yolla da prosesi mümkün qədər uzatmaq istəyirlər. Müxtəlif dövrlərin xəritələrinə istinad olunması və sonra isə heç birinin üzərində dayanmamaq yolu ilə bunu edirlər. Azərbaycanın xəritələr məsələsində rəsmi mövqeyi isə Prezident İlham Əliyevin çıxışlarında ortaya qoyulub. Prezident bəyan edib ki, biz burada vahid xəritəyə deyil, bir neçə xəritəyə istinad edə bilərik və hətta sovetləşmədən öncəki dövrdəki xəritələrə də istinad olunması mümkündür. Sovetləşmədən öncə Azərbaycan Xalq Cümhuriyyəti mövcud olub və həmin dövrdə Azərbaycanın Ermənistanla da dünya tərəfindən də qəbul edilən dövlət sərhədləri mövcud olub. O dövrün də xəritələri mövcuddur. Xalq Cümhuriyyətindən əvvəlki dövrə də nəzər saldıqda Azərbaycanın ərazilərinin əks olunduğu rəsmi xəritələr var. Azərbaycan Rusiyanın təklif etdiyi xəritələrdən də imtina etməyib bu günədək.

Yəni Azərbaycan sərhədlərin delmitasiya və demarkasiyasının mümkün qədər tezliklə həll edilməsinin tərəfdarı olduğunu nümayiş etdirib və etdirir. İşin uzanmasına Ermənistanın davranışları səbəb olur. Halbuki Ermənistan prosesi uzatmağa deyil, prosesin mümkün qədər tezliklə həllinə çalışmalıdır. Çünki Azərbaycan tərəfi Ermənistanın yenə də siyasi oyunbazlıqla prosesi uzatmağa çalışdığını gördükcə mümkün qədər qəti və prinsipial mövqeyini artıracaq və sovet dövründəki xəritələrə deyil, daha qədimi xəritələrə istinad olunmaqla məsələnin həlli variantını ciddi şəkildə önə çıxaracaq. Azərbaycan Mehri, Qərbi Zəngəzur və digər tarixi Azərbaycan torpaqlarımızın məsələsini qaldıra, bu torpaqların Azərbaycan ərazisi olduğunu təsdiq edən xəritələri və digər sənədlərini gündəmə gətirə bilər".

X.Bəşirov qeyd etdi ki, Azərbaycan ona görə haqlı olaraq bir deyil, bir neçə xəritələrə istinad edilməsinin tərəfdarıdır ki, Sovet dövründə sərhədlərin dəyişdirilməsi, xüsusilə Azərbaycan-Ermənistan sərhədlərində tez-tez torpaqdan pay edilməsi - Azərbaycan torpaqlarının ermənilərə pay verilməsi prosesi tez-tez və daha sürətlə həyata keçirilib: “1922-ci il dekabrın 30-dan, yəni SSRİ yaranandan sonra 1984-cü ilə qədər Kremlin qəbul etdiyi qərarlar əsasında Azərbaycan torpaqları kəsilərək Ermənistan deyilən respublikanın inzibati ərazisinə qatılıb. Aramızda ərazi inzibati sərhədləri mövcud olmasına baxmayaraq, dəfələrlə bu sərhədlər Ermənistanın xeyrinə dəyişdirilib və Ermənistan ərazisi genişləndirilib. Ona görə də bu gün təkcə 1975-ci ildən sonrakı xəritələr deyil, iyirminci əsrin əvvəllərindən indiyə qədər olan xəritələr dəqiq analiz edilməlidir. Biz SSRİ-nin tərkibinə 114 min kvadrat kilometrlik sahə ilə daxil edilmişik. Bunu təsdiq eləyən sənədlər, xəritələr var. SSRİ-nin tərkibindən çıxanda isə Azərbaycan ərazisi 86,6 min kvadrat kilometr olub. Yəni təxminən 28 min kvadrat kilometr torpaqlarımızı SSRİ dövründə itirmişik. İtirdiyimiz ərazilər Zəngəzurdadır, Dərələyəzdədir, Göyçə mahalındadır. Bu ərazilərimiz kəsilib ”proletar beynəlmiləlçiliyi" adı altında Ermənistana verilib.

Hərbi topoqrafik xəritələr məsələsinə gəlincə, sovet dövründə bu sahədə inhisarçılıq məhz sovet ordusuna məxsus olub: “Ona görə də həmin xəritələr sovet ordusunun Baş Qərargahında idi. Hər il həmin xəritələr ölçülüb-biçilirdi. Lakin bu, daha çox SSRİ-nin digər ölkələrlə sərhədlərinə aid idi. SSRİ-nin daxilindəki inzibati sərhədlərin xəritələri isə o qədər ciddiyyəti ilə aparılmırdı. Amma bu xəritələr, müxtəlif dövrlərdə olan xəritələrin hamısı ilə uzlaşdırılaraq ölç-biç edilərək müxtəlif illərdə Azərbaycan torpaqlarının Ermənistana qatılması prosesi dəqiqliklə aşkara çıxarılmaqla istinad edilməli sənəd olaraq qəbul oluna bilər. Bu məsələdə Rusiya tərəfsiz və ədalətli olmalıdır. Rusiyanın obyektiv olması birdəfəlik bu bölgədə sərhəd münaqişələrinə, hətta isti müharibələrə son qoya bilər. Rusiya öz rolunu dürüstlüklə oynamalıdır. Xəritələrdən tutmuş, digər amillərə qədər sərhədlərin müəyyənləşməsi və təsdiqlənməsi prosesində Moskva ədalətli iştirak etməlidir. Biz əsas diqqətimizi ərazi bütövlüyümüzə və sərhədlərin tarixi sənədlərə əsasən dəqiqləşdirilməsinə yönəltməliyik”.

Oxunub: 0
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

24-12-2022, 18:29

İlham Əliyev Qərbi Azərbaycan İcmasının binasında - FOTOLAR (YENİLƏNİB)

Gündəm / Sosial

25-06-2022, 11:30

Lavrovun Bakı səfəri: Danışıqlarda açıq və gizli məqamlar - İNCƏLƏMƏ...

Gündəm / Siyasət

22-05-2025, 17:07

Lavrovun Ermənistana səfərinin məqsədi nə idi? - ŞƏRH

Gündəm / Sosial

21-09-2022, 19:21

İlham Əliyev Laçın şəhərində Azərbaycan Bayrağını ucaldıb - FOTOLAR

Gündəm / Siyasət

27-06-2022, 11:21

İlham Əliyev Kəlbəcər və Laçında...

Şou Biznes
Kənan Doğulu, Beren Saat və daha 20 nəfər narkotikə görə saxlanılıb
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
"Energetika Memarlığı" filmi təqdim olunub
"Sevgililərinə ev alırlar, amma sənətkarlara biganə qalırlar" - Xalq artisti
"Oskar" mükafatının qaliblərinin adları açıqlanıb
Ötən il 900 əsər və ifa qeydiyyatdan keçirilib
Araşdırma
12-03-2026, 12:12
İsrail Səhiyyə Nazirliyi İranın hücumlarından zərərçəkənlərin sayını açıqlayıb
2-03-2026, 16:57
Zelenski tərəfdaşların İran dronlarını vurmaq üçün Ukraynadan kömək istəmədiyini bildirib
21-06-2025, 14:23
Almaniya XİN İrandakı səfirliyini qonşu ölkəyə köçürüb
12-05-2025, 12:12
Baş prokuror Nizami rayonunda vətəndaşları qəbul edəcək
21-02-2024, 23:20
Aybəniz Haşımovanın qardaşı həbs edildi
10-01-2024, 14:27
Azərbaycanda iş adamı qəzada öldü
Hadisə
24-08-2026, 12:54
Göyçaya qonaq gələn şəxsi elektrik cərəyanı vuraraq öldürüb
24-08-2026, 09:21
Bərdədə avtoqəzada 49 yaşlı kişi ölüb
22-08-2026, 11:00
DİN: Ötən gün 2 avtomat, 13 tüfəng aşkarlanıb
Son xəbərlər
  • Bugün, 13:19
    Daşkənddə İslam dünyasının mədəni irsi və İslama dair stereotiplərlə mübarizə müzakirə edilib
  • Bugün, 12:29
    Azərbaycanın kişi boksçulardan ibarət millisi Gürcüstanda təlim-məşq toplanışı keçəcək
  • Bugün, 11:19
    Prezident İlham Əliyev "Sabah"ı təbrik edib
  • Bugün, 10:37
    Kəmaləddin Heydərov Kəlbəcərdə vətəndaşları qəbul edəcək
  • Bugün, 09:55
    Bu gün Laçın Şəhəri Günüdür
  • Bugün, 09:28
    Bu gün Mehriban Əliyevanın doğum günüdür
  • Dün, 18:41
    Mərkəzi Neftçilər Xəstəxanasında onlayn növbə sistemi istifadəyə verilib
  • Dün, 18:11
    Beynəlxalq axtarışda olan şəxs Qazaxıstandan Azərbaycana ekstradisiya edilib
  • Dün, 17:21
    Sabah Bakı və bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
  • Dün, 17:02
    Dənizkənarı Bulvar İdarəsi QSC-yə çevrilir
  • Dün, 16:47
    Formula 1 yarışı ilə əlaqədar Azərbaycan viza prosedurunu sadələşdirir - SƏRƏNCAM
  • Dün, 16:08
    Növbəti 3 gün ərzində temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ
  • Dün, 15:54
    Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib
  • Dün, 15:17
    Kriptovalyuta bazarı: Kəskin artım tendensiyası nə dərəcədə qalıcı ola bilər? – TƏHLİL
  • Dün, 14:50
    Oğuzda avtomobil aşıb, 7 nəfər xəsarət alıb - YENİLƏNİB
  • Dün, 14:06
    Azər Məmmədov Qaxda vətəndaşları qəbul edəcək
  • Dün, 12:46
    DİM sədri: Bu il ali təhsil müəssisələrinin qəbul planı 97,07 % dolub
  • Dün, 12:14
    İlham Əliyev və Mehriban Əliyeva Xalq artisti Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərib
  • Dün, 11:11
    Azərbaycan XİN Uruqvayı təbrik edib
  • Dün, 10:22
    Qoşqar Təhməzli Şəmkirdə vətəndaşları qəbul edəcək
  • Dün, 09:43
    Azərbaycan nefti 2 dollara yaxın ucuzlaşıb
  • 24-08-2026, 18:53
    Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb
  • 24-08-2026, 18:11
    Ukrayna Hikmət Hacıyevi təltif etdi
  • 24-08-2026, 17:39
    Prezidentlər və birinci xanımları “Poyi-Kalon” kompleksi ilə tanış olublar
  • 24-08-2026, 16:15
    Rusiya senatorundan Paşinyana: Çıxmaq istəyirsənsə, özün çıx
  • 24-08-2026, 15:24
    "The Times of Israel": ABŞ İranı danışıqlar masasına qaytarmaq üçün Pakistanın köməyini istəyib
  • 24-08-2026, 14:47
    UEFA Konfrans Liqası: "Qarabağ"la oyun üçün Bakıya "Tvente"nin 150-dək azarkeşi gələcək
  • 24-08-2026, 13:44
    Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir
  • 24-08-2026, 12:54
    Göyçaya qonaq gələn şəxsi elektrik cərəyanı vuraraq öldürüb
  • 24-08-2026, 12:02
    Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə propan göndərilib
  • 24-08-2026, 11:29
    Azərbaycan Prezidenti: Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərməyə davam edəcəyik
  • 24-08-2026, 10:55
    Ali məktəblərin magistraturasına boş qalan plan yerlərinə qəbul elan edilib
  • 24-08-2026, 09:56
    Rusiya Odessada "Yujnı" limanını və yarımstansiyanı vurub
  • 24-08-2026, 09:21
    Bərdədə avtoqəzada 49 yaşlı kişi ölüb
  • 22-08-2026, 16:35
    Ukrayna qüvvələri Krasnodarda neftdaşıma kompleksinin rezervuarlarını vurub
Daha çox
19-08-2026, 16:31
Rumıniya Azərbaycandan neft idxalını 20 %-ə yaxın artırıb
19-08-2026, 17:10
Azərbaycan-Qazaxıstan Müdafiə nazirlikləri arasında qərargah danışıqları aparılıb
20-08-2026, 15:38
Qətər XİN rəhbəri: Hörmüz ətrafındakı gəmiçilik bərpa edilməli və "şantaj"a son qoyulmalıdır
20-08-2026, 13:45
Azərbaycan və Qırğızıstanın məhkəmə-hüquq sahəsində əməkdaşlığı müzakirə edilib
19-08-2026, 17:39
"Sabah" bu axşam Çempionlar Liqasında pley-off oyununa çıxır
19-08-2026, 18:49
Keniyada helikopter qəzası nəticəsində 7 nəfər ölüb - YENİLƏNİB
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Müsahibə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
  • Təsisçi: Kənan Adıgözəlov
Müəllif hüquqları qorunur. TAQ.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2022 TAQ.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə