• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

“Çin Karqo” şirkəti 8 Noyabr – Zəfər Günü ilə bağlı Yaşat Fonduna 10 min manat ianə etdi

Gündəm / Sosial

4-11-2022, 17:43

“Çin Karqo” şirkəti 8 Noyabr – Zəfər Günü ilə bağlı Yaşat Fonduna 10 min manat ianə etdi

“Çin Karqo” şirkətində “Zəfər Günü” qeyd olunub.Tədbiri giriş sözü ilə açan “Çin Karqo” şirkətinin rəhbəri, tanınmış iş adamı Şamil Heydərov tədbir barədə ətraflı məlumat verib.

İş adamı qeyd edib ki, Sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin – müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. 8 noyabr 2020-ci il Ali Baş Komandan və şanlı Azərbaycan əsgərinin yazdığı görkəmli tarix, 30 illik həsrəti 44 gün müddətində bitirən müzəffər ordu. Bu müddət ərzində millətimiz daim vətən həsrəti, sevgisini ürəyində daşıdı, cənab İlham Əliyevə arxalandı və qələbə qazandı. Liderimiz daim çıxışlarında “Biz Qarabağımıza qayıdacağıq, Qarabağ tarixi Azərbaycan torpağıdır” deyirdi. O, ulu öndər Heydər Əliyevə və xalqına verdiyi sözləri tutdu. Ata vəsiyyətini yerinə yetirdi. Ordumuza, eləcə də möhkəm iradəli xalqına inanaraq zəfər qazandı. Bu zəfər asan başa gəlmədi. Daim danışıqlara üstünlük verən dövlətimiz, öz hünərini döyüş meydanında da göstərdi. Bu müddət ərzində digər dövlətlər təzyiq göstərməyə, bəzi sanksiyalar tətbiq etməyə çalışsalar da Azərbaycanımızın üstünlüyünü qəbul etməyə məcbur oldular.

“Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” – deyən Ulu Öndərin arzusunu reallaşdırdı.

Böyük qələbəni al qanı ilə yazan şəhidlərimizin intiqamının alınması ilə əldə edilən zəfəri, qalibiyyəti Azərbaycan xalqına bəxş etməklə Ali Baş Komandanımız İlham Əliyev həm də həyatını Azərbaycana həsr edən, “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” – deyən Ulu Öndərin arzusunu reallaşdırdı: “Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”.

Ölkə Prezidenti İlham Əliyevin xalqa müraciətində səsləndirdiyi bu sözlər hər bir azərbaycanlında böyük sevinc və qürur hisləri yaratdı. Bu böyük qələbə eyni zamanda Azərbaycan xalqını dünyaya qürurlu xalq kimi tanıtdı. “Dağlıq Qarabağ Azərbaycan torpağı, beynəlxalq səviyyədə tanınan ərazimiz olmaqla yanaşı, ədalət məsələsidir, Azərbaycanın milli qürur məsələsidir”,-deyən Prezidentimizə olan inamı, sevgini birə beş artırdı. “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Ulu Öndərin Prezidentimiz İlham Əliyev haqqında dediyi bu fikirlərin hər keçən gün öz təsdiqini tapdığının, hər bir azərbaycanlının Prezidenti olduğunun şahidi olur. 10 noyabr gecəsi isə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev doğma xalqını böyük zəfər xəbəri ilə müjdələdi: “Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır”.

Qarabağ münaqişəsinə xalqımızın zəfəri ilə nöqtə qoyuldu.

Bəli, o gün Dağlıq Qarabağ münaqişəsinə nöqtə qoyulduğu gün oldu. 30 illik münaqişə 44 gündə Azərbaycanın qələbəsi ilə bitdi. Prezidentin xalqa müraciəti bitər-bitməz paytaxt sakinləri küçələrə çıxaraq şanlı qələbənin sevincini, qürurunu bölüşdü. Tezliklə bütün Azərbaycan bayram əhvali-ruhiyyəsinə qərq oldu. Müxtəlif bölgələrdə yaşayan sakinlər meydanlara axışaraq, əllərində Azərbaycan bayraqları, şüarlar tutaraq sevindilər, mahnı oxudular, rəqs etdilər, şeir dedilər. 10 noyabr səhəri Azərbaycan xalqı üçün qələbə müjdəsi ilə açıldı. Gün boyu xalqın zəfər yürüşü, şadyanalığı davam etdi. Minlərlə insan müqəddəs and yerimiz olan Şəhidlər Xiyabanını ziyarət edərək şəhidlərimiz qarşısında şükranlıq borclarını yerinə yetirdi.

44 günlük Vətən müharibəsi Ali Baş Komandanın, Azərbaycan Ordusunun, xalqımızın zəfəri ilə başa çatdı. 44 günlük haqq savaşımız Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazıldı. Bu qələbəni Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, müzəffər Ordumuzun şücaəti, qəhrəmanlığı, qorxmaz, cəsur əsgərlərimizin canı, müqəddəs, ölməz şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazandıq…
44 gün davam edən haqq mübarizəsi sayəsində bütün dünya gördü ki, Azərbaycan bir yumruq kimi birdir. İnanırıq ki, tarixin bu keşməkeşli sınağından üzüağ, alnıaçıq, şərəflə və qürurla çıxan Azərbaycan qələbəmizin rəmzinə çevrilən dəyərlərimizi daha da möhkəmləndirəcək və dünyanın formalaşmaqda olan yeni strateji mənəzərəsində öz mövqeyini daha da gücləndirəcək.
P.S. Xüsusilə qeyd edək ki, “Zəfər Günü” ilə əlaqədar olaraq “Çin Karqo” şirkəti 10 min manat Yaşat Fonduna ianə etmişdir.
Bütün yardım kampaniyalarında iştirak edən və xüsusilə fərqlənən “Çin Karqo”-nun rəhbəri Şamil Heydərov “Zəfər Günü” ilə bağlı Yaşat Fonduna 10 min manat yardım köçürmüşdür.

“Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə, peşəsindən asılı olmayaraq hazırda hər bir vətəndaşın və qurumun üzərinə böyük məsuliyyət düşür. Dövlətimizin ərazi bütövlüyü uğrunda döyüşən ordumuza, şəhidlərimizin ailələrinə, döyüşdə yaralananlara və onların yaxınlarına dəstək olmaq bizim üçün böyük şərəfdir.”

Oxunub: 0
Paylaş:
Digər xəbərlər

Sosial

6-11-2021, 12:35

“Çin Karqo” şirkətində 8 Noyabr - Zəfər Günü ilə bağlı tədbir keçirilib

Sosial

20-01-2023, 15:19

20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir

Gündəm / Sosial

8-11-2025, 13:13

Prezident və Mehriban Əliyeva Zəfər muzeyinin açılışında - FOTOLAR

Sosial

7-11-2023, 19:05

SDU-da Zəfər Bayramı qeyd edildi - FOTOLAR

Gündəm / Siyasət

27-06-2022, 11:21

İlham Əliyev Kəlbəcər və Laçında...

Şou Biznes
“Röya telefonu üzümə bağladı”
Xalq artisti Fərhad Bədəlbəyli balet artistlərinin pensiya yaşı ilə bağlı narazılığını bildirib
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Naxçıvan mədəniyyət nazirinə müavin təyin edilib
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
Xalq artisti Zaur Rzayev xəstəxanadan evə buraxılıb
Araşdırma
20-10-2026, 15:16
Azərbaycanda nəqliyyat sahəsinə aid yeni dövlət standartları qəbul edilib
12-03-2026, 12:12
İsrail Səhiyyə Nazirliyi İranın hücumlarından zərərçəkənlərin sayını açıqlayıb
2-03-2026, 16:57
Zelenski tərəfdaşların İran dronlarını vurmaq üçün Ukraynadan kömək istəmədiyini bildirib
21-06-2025, 14:23
Almaniya XİN İrandakı səfirliyini qonşu ölkəyə köçürüb
12-05-2025, 12:12
Baş prokuror Nizami rayonunda vətəndaşları qəbul edəcək
21-02-2024, 23:20
Aybəniz Haşımovanın qardaşı həbs edildi
Hadisə
Dün, 17:25
Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub
23-11-2026, 10:09
Sumqayıtda 24 yaşlı qız dəm qazından boğularaq ölüb
21-11-2026, 10:08
Sumqayıtda yol çöküb
Son xəbərlər
  • Dün, 18:26
    Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
  • Dün, 18:03
    Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib
  • Dün, 17:25
    Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub
  • Dün, 16:43
    Dənizdə batan 20 yaşlı Nəsrəddinin meyiti tapıldı
  • Dün, 16:10
    İslam Rzayevin əmlakı üzərinə həbs qoyuldu - Siyahı
  • Dün, 15:30
    Sudanın cənub-şərqində dron zərbələri nəticəsində 19 dinc sakin ölüb
  • Dün, 11:56
    Azərbaycan və Litva XİN başçıları arasında görüş başlayıb
  • Dün, 11:18
    İmişli və Saatlının bəzi kəndlərində qaz kəsilib
  • Dün, 10:47
    Bu gün Kəlbəcər Şəhəri Günüdür
  • Dün, 10:18
    Lənkəranın 7 kəndində işıq kəsiləcək
  • Dün, 09:50
    Azərbaycan neftinin qiyməti 96 dolları keçib
  • Dün, 09:27
    Azərbaycanda genişzolaqlı internetin orta sürəti 10 %-dən çox artıb
  • Dün, 08:57
    Tramp: İranın raket zərbələri endirmək imkanları məhduddur
  • 24-11-2026, 18:24
    Qətərin davam edən vasitəçilik missiyası – Tehranın qəbul etmədiyi çıxış yolu
  • 24-11-2026, 17:50
    Ceyhun Bayramovla Maka Boçorişvili arasında təkbətək görüş başlayıb
  • 24-11-2026, 17:25
    İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib
  • 24-11-2026, 16:57
    Sabahdan havanın temperaturu 5 dərəcə enəcək - Xəbərdarlıq
  • 24-11-2026, 16:37
    Şura: Media subyektləri və jurnalistlər informasiya yayarkən şəxsi həyatın toxunulmazlığına həssaslıqla yanaşmalıdırlar
  • 24-11-2026, 15:45
    2027-ci il üzrə əmək miqrasiyası kvotasına dair təkliflər hazırlanıb
  • 24-11-2026, 15:19
    Bakıda Azərbaycan və Monteneqro Baş nazirlərinin görüşü olub
  • 24-11-2026, 14:35
    Sabah Bakı metrosunun Qırmızı xəttində iş saatı uzadılacaq
  • 24-11-2026, 12:45
    Yağış yağacaq, külək əsəcək - SABAHIN HAVASI
  • 24-11-2026, 12:19
    Azərbaycan mülki işlər üzrə xaricdə sübutların toplanması haqqında Konvensiyaya qoşulacaq
  • 24-11-2026, 11:34
    Azərbaycan və Gürcüstanın polis akademiyaları arasında memorandum imzalanıb
  • 24-11-2026, 11:09
    Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb, 10 məsələ müzakirə ediləcək
  • 24-11-2026, 09:31
    Goranboyda torpaq sürüşməsi magistral su xəttinə ziyan vurub
  • 24-11-2026, 09:12
    Rusiyanın Altay diyarında baş verən partlayışda 14 nəfər xəsarət alıb
  • 23-11-2026, 17:47
    Bakıda və rayonlarda sabah külək güclənəcək
  • 23-11-2026, 17:19
    Prezident İlham Əliyev Trampa təşəkkür edib
  • 23-11-2026, 16:41
    İstanbulda tramvayla avtobus toqquşub
  • 23-11-2026, 16:09
    Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
  • 23-11-2026, 15:45
    Malayziyalı nazir hava limanında yıxılaraq başından xəsarət alıb
  • 23-11-2026, 12:53
    Sabah Azərbaycanda 20 dərəcə isti olacaq
  • 23-11-2026, 12:40
    İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul edib
  • 23-11-2026, 12:17
    Nazir: Azərbaycan İtaliyada uzunmüddətli investor kimi mövqeyini möhkəmləndirib
Daha çox
19-11-2026, 11:53
Sabah respublika üzrə pensiyalar tam ödəniləcək
20-11-2026, 09:38
Prezident İlham Əliyev Hanoyda Ho Şi Minin məqbərəsini ziyarət edib
19-11-2026, 14:51
Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib
20-11-2026, 11:19
Ağdamın işğaldan azad olunmasından 6 il ötür
20-11-2026, 12:37
Vyetnamın Azərbaycanda səfirliyi açılacaq
19-11-2026, 14:32
Tbilisidə yaşayış binasında partlayış, 7 nəfər itkin düşdü
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Müsahibə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
  • Təsisçi: Kənan Adıgözəlov
Müəllif hüquqları qorunur. TAQ.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2022 TAQ.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə