Taq.az saytı xəbər verir ki, Türkiyə Azərbaycan Qardaşlıq İctimai Birliyinə iki yeni təyinat olub.
Cəfərov Süleyman Bakı şəhəri, Suraxanı rayon sədrinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müavini təyin edilib.
Digər təyinat isə Orta Asiya ilə bağlı olub. Gülzira Şərifova adlı yerlimiz Özbəkistan üzrə sədr seçilib. Gülzira Şərifova İctimai Birlik üzrə fəaliyyətini paytaxt Daşkənd şəhəri üzrə yerinə yetirəcək.
Qeyd edək ki, TAQ İB fəaliyyətini yalnız türk ölkələrində deyil, dünyanın müxtəlif ölkələrində və şəhərlərində genişləndirmək və nümayəndəliklərini açmaq niyyətindədir.
Günel İsayeva