Taq. az saytı xəbər verir ki Məclis "TAQ" İB - nin Xəzər rayonu üzrə Ağsaqqallar Şurasının sədri xeyriyyəçi Hacı İntiqam Atayev tərəfindən təşkil olunub. Ehsan süfrəsi Qaraheybət aviasiya poliqonunda yaşanan helikopter faciəsində həlak olmuş 14 şəhidin adına açılıb. Ehsan süfrəsində kasıb, kimsəsiz və ahıl şəxslər, eləcə də din xadimləri, ağsaqqallar iştirak edərək verilən təamlardan dadaraq şəhid ruhlarına dua veriblər.
Qeyd edək ki, xeyriyyəçi Hacı İntiqam Atayev "TAQ" İB - nin Xəzər rayonu üzrə Ağsaqqallar Şurasının sədri olaraq 30 ildən çoxdur ki, ədib, şair, aşıq, Milli Qəhrəmanlarımızın, elm fədailərinin mövcud günlərini, Vətənin əlamətdar günlərini, Milli bayramlarımızı öz şəxsi hesabına qeyd edərək ehsan və mərasim süfrələri təşkil edir.