Taq. az saytı xəbər verir ki, İctimai Birliyə rəhbərlik tərəfindən üç yeni təyinat olub. Təyinatların hər ikisi Bakı şəhəri üzrə seçilib.
Məmmədova Tahirə İctimai Birliyin Bakı şəhəri, Nəsimi rayonu üzrə sədri olaraq təyin olunub. Sakit Hüseynov isə Xətai rayon sədrinin elm və təhsil işləri üzrə müavini seçilib.
Aynurə Əliyeva isə Səbail rayon sədrinin Beynəlxalq əlaqələr üzrə müavini təyin edilib. Məlumat üçün bildirək ki, həmin vəzifəni icra edən Sevinc Sadıqova artıq ailə, uşaq və qadın məsələri üzrə sədr müavini kimi fəaliyyət göstərir.
Qeyd edək ki, TAQ İB ölkə ilə yanaşı, artıq xarici ölkələr üzrə də bir sıra nümayəndəlikləri var.
Günel İsayeva