• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

“Şərqlə Qərb arasında türk dünyası” adlı XXII Beynəlxalq elmi simpozium keçirilib

Sosial

31-01-2022, 14:38

“Şərqlə Qərb arasında türk dünyası” adlı XXII Beynəlxalq elmi simpozium keçirilib

TAQ. az xəbər verir ki, “ELGER” Elm-Tədris Mərkəzi Özbəkistanın Andijan və Türkiyənin Qars Dövlət Universitetinin təşkilatçılığı, Türkiyə Azərbaycan Qardaşlıq İctimai Birliyinin dəstəyi ilə “Şərqlə Qərb arasında türk dünyası” adlı XXII Beynəlxalq elmi simpozium keçirilib. Simpoziumun plenar iclası youtube kanalı ilə canlı yayınlanmış, plenar iclasdan sonra simpozium öz işini bölmələr üzrə davam etdirib. Plenar iclası giriş sözü ilə açan Türkiyə Qars Universitetinin professoru İlkin Qulusoy iştirakçıları salamlayaraq simpoziumun təşkilinə dəstək göstərən Özbəkistanın Andijan Universitetinin əməkdaşlarına və Türkiyə Azərbaycan Qardaşlıq İctimai Birliyinin Səbail RT-nın sədri filologiya üzrə fəlsəfə doktoru, dosent Yeganə Qəhrəmanovaya təşəkkürünü bildirdi. Simpozium iştirakçılarını salamlayan Özbəkistanın Andijan Universitetinin doktoru Mahbuba Temirova və Atatürk Mərkəzinin direktoru, millət vəkili akademik Nizami Cəfərov belə simpozimların gələcəkdə də keçirilməsinin vacibliyindən, türk dünyasının yaxınlaşması istiqamətində aparılan işlərdən danışdılar. Daha sonra plenar iclas məruzəçilərin çıxışları ilə davam etdi. BDU-nun dosenti, tarix üzrə fəlsəfə doktoru Arzu Məmmədova “Türk dünyası dünəndən bu günə: tarixi retrospektivdə baxış” mövzusunda məruzəsində türk və Azərbaycan tarixinin əzəmətli səhifələrindən, türklərin bəşər mədəniyyətinə verdiyi töhfələrdən söz açdı. Daha sonra ADPU-nun dosenti, filologiya üzrə fəlsəfə doktoru, TAQ Səbail RT-nın sədri Yeganə Qəhrəmanova iştirakçıları həm öz adından, həm də Türkiyə-Azərbaycan Qardaşlıq İB adından salamlayaraq bugünkü beynəlxalq elmi simpoziumun bütün təşkilatçılarına, xüsusilə Türkiyə Qars Universitetinin professoru İlkin Qulusoya və Ellada xanıma öz dərin minnətdarlığımı bildirdi. Belə çoxtərəfli simpozium və elmi konfransların keçirilməsinin, onların mütəmadi xarakter daşımasının əhəmiyyətini vurğulayan Y.Qəhrəmanova bildirdi ki, bu cür tədbirlər türk dünyası alimlərini bir-birinə daha da yaxınlaşdırır, onların dünyagörüş və düşüncə tərzinin, ən əsası ilə elmi axtarışlarının lazımi səmtə yönəlməsinə təsir göstərir. Bu mənada TAQ İB dünyada gedən proseslər fonunda qaçılmaz zərurətə çevrilmiş türk birliyinin daha real və görünər xarakter alması, böyük Turana gedən yola dəstək və təkan vermək məqsədilə yaradılıb. Türkiyə Azərbaycan qardaşlığının nümunəsində bütövlükdə türk dünyasının sosial-iqtisadi, elmi-mədəni, idman və digər sahələrdə bir-birilə münasibətlərinin daha sıx və intensiv hala gəlməsinə nail olmaq, dünyanın ən qədim və ilkin mədəniyyəti olan türk mədəniyyətinə, türk tarixinə aid təhrif olunmuş tarixi-elmi faktların düzgün araşdırılması, bu istiqamətdə ayrı-ayrı türk cümhuriyyətlərində elm adamlarının apardığı işlərin əlaqələndirilməsi işinə dəstək olmaq məqsədi daşıyır.
Daha sonra Y.Qəhrəmanova dosent Arzu Məmmədovanın türk adı ilə bağlı sovet dövründə aparılan siyasi işlərə münasibətinə əlavə olaraq “türkdilli xalqlar” ifadəsinin siyasi məqsədlə ortaya atıldığını, bu ifadənin “türksoylu xalqlar” və ya “türk cümhuriyyətləri” ifadələri ilə əvəz edilməsinin vacibliyini bildirdi. O qeyd etdi ki, Türkiyə Azərbaycan arasındakı qardaşlıq münasibətləri hamıya məlumdur. 44 günlük Vətən müharibəmizdə isə bu qardaşlıq bir daha ən nümunəvi şəkildə isbat edildiyini, ictimai birlik kimi digər türk cümhuriyyətləri və xalqlarından da bir-birinə eyni münasibət və dəstəyi görmək arzusunda olduğunu qeyd etdi.
“Bu yaxınlarda sosial şəbəkələrdə gənc bir özbək jurnalistinin türk bilyinə, Qarabağı unutmamağa və unutdurmamağa yönəlmiş çağırışını, yəqin ki, çoxlarınız eşitmisiniz. Biz məhz bu birliyin arzusundayıq, türk dünyasının, türk düşüncə və amalının bütövləşməsi istiqamətində fəaliyyət göstəririk. Fürsətdən istifadə edib dəyərli akademikimiz Nizami Cəfərova da TAQ rəhbərliyi adından öz dərin təşəkkürümü bildirirəm. Onun uzun ilərdən bəri türk dünyasının birliyi istiqamətində gördüyü əvəzsiz xidmətləri dəyərləndirməmək olmaz”
Dosent Yeganə Qəhrəmanova “Avesta”, Şumer və Orxon-Yenisey əlifbalarının mənşəyi və genetik bağlılığı” mövzusunda elmi məruzəsi ilə fikirlərini də dinləyicilərə çatdırdı. O bildirdi ki, “Avesta” haqqında uzun müddətdən bəri formalaşan yanlış meyilləri təhlil etdikdə açıq-aydın məlum olur ki, bu qədim türk-Azərbaycan abidəsinə qarşı yönəlmiş qərəzli fikirlər bir tərəfdən abidənin yaşının azaldılması, abidənin dili və əlifbası haqqında yanlış məlumatların verilməsi, digər tərəfdənsə onu hörmətdən salan, həqiqətdən kənar, uydurma faktların əlavə edilməsi ilə bağlı olmuşdur. “Tədqiqatçılar şumer dili, “Avesta” və müasir Azərbaycan dili sözləri arasında müqayisələr aparmış, tamamilə məntiqli bir nəticə əldə etmişlər ki, bir zamanlar uydurulmuş “Pəhləvi dilinə yaxın “Avesta dili” heç zaman mövcud olmamışdır. “Avesta” abidəsi dedikdə söhbət “Pəhləvi dilinə yaxın” uydurma bir dildən yox, bu dilin öz sözlərindən gedir ki, həmin dilin sözləri də prototürkcə-protoazərbaycancadır. “Avesta”şünaslar onun yaradıcısı olan Zərdüştün məşhur Troya müharibəsindən azı 6000-7000 il əvvəl yaşadığını, bəzi tədqiqatçıların iddia etdiyi kimi, “Avesta”nın Şumerdən bəhrələndiyini yox, əksinə Şumer mədəniyyətinin məhz şifahi “Avesta” mərhələsinin görüşləri əsasında formalaşdığını təsdiq edirlər. Bu da onu göstərir ki, indiyə qədər “Avesta”nın cəmi 2500 il əvvələ aid olması, pəhləvi əlifbasına yaxın İran dillərinin birində yazılması haqqında fars tədqiqatçılarının uydurmaları məqsədli xarakter daşımış, abidəyə qardaşın bacısı, atanın qızı ilə evlənməsi kimi iyrənc əlavələr etməklə bir yandan onu gözdən salmağa çalışmış, digər tərəfdən də bu böyük abidənin əzəməti qarşısında tab gətirməyərək onu öz adlarına çıxmaqdan çəkinməmişlər. Əslində isə “Avesta” - Şumer – “Dədə Qorqud” ardıcıllığı elmi dəlillər və araşdırmalar əsasında sübut olunmuş, “Avesta”nın İran abidəsi deyil, ən qədim Azərbaycan-türk abidəsi olduğu öz isbatını tapmışdır”
Daha sonra plenar iclasın üçüncü məruzəçisi Azərbaycan Texniki Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru, TAQ Səbail RT-nın elm, təhsil, mədəniyyət məsələləri üzrə sədr müavini Afaq Əsgərova iştirakçıları salamlayaraq TAQ İB-nin türk dünyasının birliyi, elm adamlarının bu birliyin daha da güclənməsində rolu məsələlərindən, türklərin tarix boyu qazandıqları uğurlardan, bu uğurların təbliğinin zəruriliyindən danışdı. Sonra Afaq Əsgərova “Türkiyə Azərbaycan ədəbiyyatında qardaşlıq mövzusu” adlı elmi məruzə ilə çıxış etdi. 6 ölkənin 250 milyonluq xalqını birliyə səsləyən Afaq Əsgərova elmi məruzəsində türk ədəbiyyatının tarixi və ziyalıları barədə ətraflı məruzə edib.
Plenar iclasdan sonra simpozium öz işini bölmə iclasları ilə davam etdirdi.

Yeganə Qəhrəmanova
(ADPU - nun dosenti, TAQ İB Səbail Rayon təşkilatının sədri)

Oxunub: 0
Paylaş:
Digər xəbərlər

Gündəm / Sosial

20-12-2021, 12:01

Türkiyə Azərbaycan Qardaşlıq İctimai Birliyin tam tərkibdə ilk iclası keçirilib.

Gündəm / Sosial

20-03-2026, 11:10

Azərbaycanda universitet 345 işçi axtarır - Vakansiya SİYAHISI

Gündəm / Siyasət

26-07-2022, 20:38

“Deyəsən, Akademiyanın fəaliyyətini yaxşı izləməmişik, alimlərimiz işləyirlər”

Gündəm / Siyasət

25-02-2026, 12:16

İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib

Gündəm / Sosial

8-01-2022, 21:30

Türkiyə Azərbaycan Qardaşlıq İctimai Birliyinin Bakı şəhər təmsilçiləri ilə görüşü keçirilib

Şou Biznes
Xalq artisti Zaur Rzayev xəstəxanadan evə buraxılıb
Kənan Doğulu, Beren Saat və daha 20 nəfər narkotikə görə saxlanılıb
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
"Energetika Memarlığı" filmi təqdim olunub
"Sevgililərinə ev alırlar, amma sənətkarlara biganə qalırlar" - Xalq artisti
"Oskar" mükafatının qaliblərinin adları açıqlanıb
Araşdırma
12-03-2026, 12:12
İsrail Səhiyyə Nazirliyi İranın hücumlarından zərərçəkənlərin sayını açıqlayıb
2-03-2026, 16:57
Zelenski tərəfdaşların İran dronlarını vurmaq üçün Ukraynadan kömək istəmədiyini bildirib
21-06-2025, 14:23
Almaniya XİN İrandakı səfirliyini qonşu ölkəyə köçürüb
12-05-2025, 12:12
Baş prokuror Nizami rayonunda vətəndaşları qəbul edəcək
21-02-2024, 23:20
Aybəniz Haşımovanın qardaşı həbs edildi
10-01-2024, 14:27
Azərbaycanda iş adamı qəzada öldü
Hadisə
12-09-2026, 09:35
Bakıda avtomobil qadını vuraraq öldürüb
10-09-2026, 16:35
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
9-09-2026, 09:28
Zərdabda baş verən qəzada ölənlərin adları məlum olub - YENİLƏNİB
Son xəbərlər
  • Bugün, 16:45
    Gürcüstan Prezidenti Azərbaycana yeni təyin olunmuş səfirlə görüşüb
  • Bugün, 16:13
    Təhsil dövrü 5 il olan hərbçilər üçün "leytenant" rütbəsinin müddəti azaldılır
  • Bugün, 15:33
    Bakıda keçirilən beynəlxalq audit konfransının iştirakçıları Prezidentə müraciət ediblər
  • Bugün, 14:37
    Haaqa məhkəməsində Kosovo Azadlıq Ordusunun rəhbərlərinə hökm oxunub
  • Bugün, 14:04
    Ermənistan Konstitusiya Məhkəməsi TRIPP layihəsi üzrə sazişi təsdiqləyib
  • Bugün, 12:59
    Bakıda 32, rayonlarda 35 dərəcə isti olacaq
  • Bugün, 12:42
    Prezident İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib
  • Bugün, 12:22
    İlham Əliyev Auditorlar Palatasının üzvlərini və əməkdaşlarını təltif edib
  • Bugün, 11:44
    İlham Əliyev Auditin inkişaf mərhələlərinə həsr edilən beynəlxalq konfransın iştirakçılarına müraciət göndərib
  • Bugün, 10:57
    Zakir Həsənov 13-cü Pekin Syanşan Forumunda iştirak edib
  • Bugün, 10:21
    Abbas Əraqçi və Van İ Pekində danışıqlar aparıblar
  • Bugün, 09:25
    Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak edib
  • Bugün, 08:58
    Nümayəndələr Palatası Trampdan İrana qarşı hərbi əməliyyatları dayandırmağı tələb edib
  • Dün, 12:19
    TBMM sədri Bakının işğaldan qurtuluşunun 108-ci ildönümü münasibətilə Azərbaycanı təbrik edib
  • Dün, 11:57
    İqtisadiyyat nazirinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib
  • Dün, 10:52
    Birol Akgün Şəhidlər xiyabanı və Türk şəhidliyini ziyarət edib
  • Dün, 10:15
    XİN Bakının işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib
  • Dün, 09:52
    Azərbaycan neftinin qiyməti 127 dolları ötüb
  • Dün, 09:09
    Bakının erməni-bolşevik işğalından azad olunmasından 108 il ötür
  • Dün, 08:51
    Azərbaycanda Bilik Günüdür
  • 14-09-2026, 14:50
    KİV: Rusiyanın 51-ci ordusunun komandanı Sergey Milçakov öldürülüb
  • 14-09-2026, 13:46
    Azərbaycanın AİB ilə əməkdaşlığı üzrə 5,6 mlrd. dollarlıq maliyyələşmə həyata keçirilib
  • 14-09-2026, 12:58
    İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"nın sertifikatı təqdim olunub
  • 14-09-2026, 12:33
    "Bilik günü" Azərbaycanda 34 dərəcə isti olacaq
  • 14-09-2026, 11:48
    MM cinayət işlərində hüquqi yardıma dair Avropa Konvensiyasına Əlavə Protokolu təsdiqləyəcək
  • 14-09-2026, 11:19
    İlham Əliyev "SABAH.city" innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib
  • 14-09-2026, 10:40
    Xalq artisti Zaur Rzayev xəstəxanadan evə buraxılıb
  • 14-09-2026, 09:51
    Allahşükür Paşazadə: Qarabağda bərpa-quruculuq işlərində TDT-yə üzv dövlətlər dəstəklərini əsirgəməyiblər
  • 14-09-2026, 09:22
    Premyer Liqa: V tura "Şəfa" - "Sabah" oyunu ilə yekun vurulur
  • 12-09-2026, 15:44
    İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb
  • 12-09-2026, 15:10
    Birinci sinfə elektron qəbul yenidən aktivləşir
  • 12-09-2026, 12:21
    Kim qızıl alır, kim satır? - SİYAHI
  • 12-09-2026, 11:38
    Erməni deputat: Rusiya qazın qiymətini artırarsa, Ermənistan hərbi bazanın icarə haqqını artıra bilər
  • 12-09-2026, 11:01
    Şəkidəki “Zipline” faciəsi ilə bağlı gözdən qaçan detal
  • 12-09-2026, 09:35
    Bakıda avtomobil qadını vuraraq öldürüb
Daha çox
12-09-2026, 11:01
Şəkidəki “Zipline” faciəsi ilə bağlı gözdən qaçan detal
10-09-2026, 09:14
Tramp nüvə obyektindəki fəallığa görə İranı zərbə endirməklə hədələyib
12-09-2026, 15:44
İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb
10-09-2026, 12:19
İlham Əliyev Qaradağda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib
10-09-2026, 12:58
Gənclər təşkilatları üçün 100 min manatadək qrant müsabiqəsi elan edilib
11-09-2026, 17:56
Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Müsahibə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
  • Təsisçi: Kənan Adıgözəlov
Müəllif hüquqları qorunur. TAQ.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2022 TAQ.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə