• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Türkiyə Azərbaycan Qardaşlıq İctimai Birliyi yeni əməkdaşlıq imkanlarını genişləndirir.

Gündəm / Sosial

28-12-2021, 10:10

Türkiyə Azərbaycan Qardaşlıq İctimai Birliyi yeni əməkdaşlıq imkanlarını genişləndirir.

TAQ. az saytı xəbər verir ki, Türkiyə Azərbaycan Qardaşlıq İctimai Birliyinin uğurlu fəaliyyəti qısa zamanda ətrafına daha çox sayda əməkdaş cəmlənməsinə səbəb olub. Artıq birliyin 20-dən artıq Bakı şəhəri və regionlar üzrə sədrləri, onların müavinləri və çoxsaylı üzvləri var. Ən son keçirilən iclasda açıqlanıb ki, bu ilin dekabrından aktiv fəaliyyətə başlayan birliyin üzvləri yalnız ölkədə deyil, Türkiyədə və digər türkdilli xalqların kompakt şəkildə yaşadığı avropa ölkələrində də artmaqdadır. TAQ İB - nin Bakı şəhəri üzrə sədri Günəş Quliyeva və onun müavinləri saytımıza bildirdi ki, hər gün Bakı şəhərində əyani, onlayn şəkildə təbliğat-təşviqat prosesləri aparılır, aktiv, məhsuldar şəxslər əməkdaş, üzv olaraq seçilir, birliyin uğurlu fəaliyyətinə dair yeni planlar qurulur. Yeni ildən etibarən gənc sədr elm, ədəbiyyat və mədəniyyət sahəsində "ortaq türk mədəniyyəti, dili, folkloru, yaradıcılığı" mövzusunda araşdırmaların aparılmasını və bu istiqamətdə türk həmkarları ilə nəzərdə tutulan ortaq layihəyə tez başlanılmasını prioritet hesab edir.
"Türk dünyasının birliyi, tarixi, adət-ənənəsinin araşdırılması, ortaq dil, folklor, ədəbi nümunələrin tədqiqatı, ailədə, cəmiyyətdə qadın gücü, ana, Vətən, ailə, ocaq dəyərlərinin, kodekslərinin öyrənilməsi, türk geninin, fəlsəfəsinin mənimsənilməsi ən önəmli məsələlərdəndir ki, birliyimizin planlaşdırdığı əsas layihələrdən vacibi budur. Ortaq bir dərgidə, ya kitab şəklində çapı gözləniləndir"
Günəş Quliyeva Birliyin Bakı şəhəri üzrə ilk toplantısını dekabrın 29-da həm təbliğat işləri aparmaq, həm də birlik adına mənəvi dəstəyini göstərmək naminə "Nur" uşaq sığınacaq evində keçirməyi planlaşdırır.
Türkiyə Azərbaycan Qardaşlıq İctimai Birliyinin ən aktiv əməkdaşlarından olan Səbail Rayon üzrə sədr, filologiya elmlər doktoru Yeganə Qəhrəmanova ötən həftə ərzində Türkiyənin Alanya, Girəsun və Əskişəhər kimi şəhərlərində fəaliyyət göstərən Azərbaycan dərnəkləri ilə sıx əlaqələr qurulduğunu, əməkdaşlıq haqqında razılığa gəlindiyini qeyd edib. Türkiyə - Azərbaycan Dostluq Dərnəkləri Federasiyası ilə danışıqlar aparılıb ki, Türkiyənin digər şəhərlərində də İctimai Birliyin əməkdaşlığı formalaşsın, möhkəm əlaqələri yaransın. Həmçinin Səbail rayon sədri elm, mədəniyyət, ədəbiyyat və ortaq dil mövzularının da gündəmdə saxlanıldığını, daim iştirakçısı olduğu konfranslarda, tədbirlərdə birliyin adından geniş şəkildə müzakirələr etdiyini, yeni əlaqələr yaratdığını bildirib.
"Onu da əlavə edim ki, bu yaxınlarda Rusiyanın Tatarıstan Muxtar Respublikasının Kazan universitetinin professoru, filologiya fakultəsinin dekanı Alfiya Yusifova ilə bu barədə söhbətlər aparılıb, birliyin Tatarıstanda tanıtımı, təşəkkülü naminə razılığa gəlinib. Alfiya xanımı elmi işçi kimi hətta əvvəllər Azərbaycana konfranslarda iştirak üçün dəvət etmişik və iştirakı davamlı olacaq. İstəyirik ki, elm, ədəbiyyat, ortaq dil ənənələri baxımdan əlaqələr güclənsin, türkçilik, qardaşlıq istiqamətində sıx əməkdaşlıq yaransın"
Aktivliyi ilə seçilən Səbail rayon üzrə sədr müavini Xoşbəxt Məmmmədova isə daima şəhid ailələrini, qaziləri və kimsəsizləri diqqətdə saxladığını, "Türkaz" tv vasitəsi ilə onların problemlərinin həlli istiqamətində işlər aparıldığını bildirib.
TAQ İB-nin Suraxanı rayonu üzrə sədri Manaf İmanov Qazaxıstandan türk dostları ilə birgə hazırda birlik naminə danışıqlar aparılması və sıx əməkdaşlıq yaradılması barədə məlumat verib.
Birliyin Masallı, Saatlı, Füzuli, Ağdam, Balakən, Şamaxı, eləcə də Xəzər, Abşeron rayon sədrləri də son günlər daha çox yerləşdiyi regionda maarifləndirmə işləri apardığını, eləcə də birliyə sağlam təfəkkürlü üzvlər cəlb etdiyini əlavə edib.
Həftəlik onlayn iclasda Türkiyənin Kayseri və Qars şəhərlərindəki əməkdaşları olan Hakan Yılmaz və Mehmet Özdəmirin də işləri qeydə alınıb. Onlar da təbliğat, təşviqat, üzvlər cəlb etmə və iki dövlət arasında sıx əməkdaşlıq yaratmaq mövzusunda aktiv olduqlarını diqqətə çatdırıblar. Bildirilib ki, professor, tarixçi Hakan Yılmazın baş redaktoru olduğu "Akademik tarix və düşüncə" dərgisinin növbəti saylarından biri Türkiyə Azərbaycan Qardaşlıq İctimai Birliyin fəaliyyətinə həsr ediləcək. Bunula yanaşı, birliyin hazırda Türkiyə xətti ilə bir sıra Orta Asiya və Avropa ölkələrində türk toplumlar daxilində maarifləndirmə işləri reallaşdırılır. Mayda Trabzonda görüş planlaşdırılır.
TAQ İB - nin sədri Kənan Adıgözəlov TAQ. az saytına açıqlamasında bildirib ki, birliyin Türkiyə üzrə sənədlərinin təsdiqi, yeni ilin ilk ayında gözlənilir ki, bununla da təsdiqlənən nizamnamə əsasında birlik rəsmi fəaliyyətinə start verəcək.
Bundan sonra tanıtımın planlı və uyğun şəkildə həyata keçirilməsi başlıca meyar olaraq götürüləcək.
Qeyd edək ki, ötən iki ay ərzində TAQ İB həftə ərzində iki gün olmaqla onlayn iclas keçirir. İclas İctimai Birliyin sədr müavini filologiya elmlər doktoru Səkinə Bayramovanın moderatorluğu ilə baş tutur. Həftəlik görülən işlər və edilən təkliflər qeydə alınır, aktiv və passiv fəaliyyətə, eləcə də neqativ hallara dair konkret ölçülər götürülür.

Günel İsayeva
Türkiyə Azərbaycan Qardaşlıq İctimai Birliyi yeni əməkdaşlıq imkanlarını genişləndirir.
Türkiyə Azərbaycan Qardaşlıq İctimai Birliyi yeni əməkdaşlıq imkanlarını genişləndirir.

Oxunub: 506
Paylaş:
Digər xəbərlər

Gündəm / Sosial

18-12-2021, 18:03

“Türkiyə Azərbaycan Qardaşlıq” İctimai Birliyinin tam tərkibdə ilk iclası keçirələcək.

Gündəm / Sosial

6-12-2021, 12:12

Türkiyə-Azərbaycan Qardaşlıq İctimai Birliyinin Türkiyə Respublikası üzrə sədri təyin olundu

Gündəm / Sosial

4-12-2021, 17:55

Türkiyə Azərbaycan Qardaşlıq İctimai Birliyinə gənc üzvlər qəbul edildi.

Gündəm / Sosial

1-12-2021, 17:30

Türkiyə Azərbaycan Qardaşlıq İB-in Bakı şəhəri üzrə sədri seçilib.

Gündəm / Sosial

30-11-2021, 21:12

Türkiyə-Azərbaycan Qardaşlıq İB – nin yeni sədri seçildi

Şou Biznes
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Naxçıvan mədəniyyət nazirinə müavin təyin edilib
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
Xalq artisti Zaur Rzayev xəstəxanadan evə buraxılıb
Kənan Doğulu, Beren Saat və daha 20 nəfər narkotikə görə saxlanılıb
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
Araşdırma
20-10-2026, 15:16
Azərbaycanda nəqliyyat sahəsinə aid yeni dövlət standartları qəbul edilib
12-03-2026, 12:12
İsrail Səhiyyə Nazirliyi İranın hücumlarından zərərçəkənlərin sayını açıqlayıb
2-03-2026, 16:57
Zelenski tərəfdaşların İran dronlarını vurmaq üçün Ukraynadan kömək istəmədiyini bildirib
21-06-2025, 14:23
Almaniya XİN İrandakı səfirliyini qonşu ölkəyə köçürüb
12-05-2025, 12:12
Baş prokuror Nizami rayonunda vətəndaşları qəbul edəcək
21-02-2024, 23:20
Aybəniz Haşımovanın qardaşı həbs edildi
Hadisə
24-10-2026, 14:47
Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB
23-10-2026, 16:14
Salyanda avtoqəza olub, ölən və yaralananlar var
22-10-2026, 16:41
Abşeronda anasını qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Son xəbərlər
  • Bugün, 18:13
    Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib
  • Bugün, 17:22
    Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər məhkəməyə gətirilib
  • Bugün, 16:25
    Bakıda 5 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilib
  • Bugün, 15:40
    İslam Əməkdaşlıq Təşkilatının baş katibi "ASAN xidmət" mərkəzi ilə tanış olub
  • Bugün, 14:40
    Barselonada etirazlar zamanı 128 nəfər saxlanılıb, şəhərə 36 min avro dəyərində ziyan vurulub
  • Bugün, 13:13
    Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardıma dair Avropa Konvensiyasına 2-ci Əlavə Protokol təsdiqlənib
  • Bugün, 12:54
    Mehriban Əliyeva Azərbaycan Rəssamlar İttifaqının sədrini təbrik edib
  • Bugün, 12:29
    Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib
  • Bugün, 12:01
    İlham Əliyev Avstriya Prezidentini təbrik edib
  • Bugün, 11:17
    Elm və Təhsil Nazirliyi: İranlı nazirin açıqlaması Azərbaycanın daxili işlərinə müdaxilə cəhdidir
  • Bugün, 09:48
    İnfantino: "Sabah" və "Qarabağ" Azərbaycan futbolunun nə qədər möhtəşəm olduğunu nümayiş etdirdilər"
  • Bugün, 08:57
    Türkiyə kəşfiyyatının rəhbəri İrana səfər edəcək
  • 24-10-2026, 16:06
    Dünya Çindən kredit götürür: Ən çox borcu olan 20 ölkə
  • 24-10-2026, 15:11
    Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
  • 24-10-2026, 14:47
    Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB
  • 24-10-2026, 14:03
    Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib
  • 24-10-2026, 13:11
    Sabah Bakıda yağış yağacaq
  • 24-10-2026, 12:35
    Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib
  • 24-10-2026, 10:13
    Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb
  • 24-10-2026, 09:15
    Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir
  • 23-10-2026, 18:22
    Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb
  • 23-10-2026, 17:36
    Rusiya Azərbaycandan meyvəni yeni quru yolu ilə tədarük etmək istəyir
  • 23-10-2026, 16:50
    Rayonlardakı yağıntılı hava şəraiti növbəti 2 gün davam edəcək - Xəbərdarlıq
  • 23-10-2026, 16:14
    Salyanda avtoqəza olub, ölən və yaralananlar var
  • 23-10-2026, 15:29
    MSK nümayəndə heyəti Serbiyada parlament seçkilərini müşahidə edəcək
  • 23-10-2026, 14:23
    Sabah bəzi yerlərdə yağış yağacaq
  • 23-10-2026, 13:25
    Milli Məclisdə "Hərbi xidmət haqqında" yeni qanun layihəsinin hazırlanması təklif olunub
  • 23-10-2026, 12:54
    Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib
  • 23-10-2026, 11:55
    Milli Məclisin plenar iclası başlayıb, iki yeni qanun layihəsi müzakirə ediləcək
  • 23-10-2026, 11:24
    Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib, yarım milyon manat mənimsəmədə təqsirli bilinir
  • 23-10-2026, 09:42
    Azərbaycan Premyer Liqasında IX tura bu gün iki oyunla start veriləcək
  • 23-10-2026, 09:13
    "Brent" markalı neftin qiyməti may ayından bəri ilk dəfə 114 dolları ötüb
  • 22-10-2026, 17:57
    Etiraz aksiyalarını qadağan edəcəklər
  • 22-10-2026, 17:13
    Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub
  • 22-10-2026, 16:41
    Abşeronda anasını qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Daha çox
20-10-2026, 09:36
Zəngilanın azad edilməsindən 6 il ötür
20-10-2026, 16:30
"Şahinlərin Görüşü-2026" təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib
20-10-2026, 17:00
Azad edilmiş ərazilərdə Qarabağ Milli Parkı yaradılır - Sərəncam
21-10-2026, 17:02
Dövlət Statistika Komitəsinin strukturu dəyişib
22-10-2026, 09:25
Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər
22-10-2026, 15:41
Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Müsahibə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
  • Təsisçi: Kənan Adıgözəlov
Müəllif hüquqları qorunur. TAQ.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2022 TAQ.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə